Hindistan "Airbus"dan rekord sayda təyyarə alır - 50 milyard dollar
Le Burjedə keçirilən aerokosmik sərgidə Hindistanın aşağı büdcəli aviaşirkəti "IndiGo" 500 "Airbus A320" təyyarəsi sifariş edib.
Valyuta.az xəbər verir ki, rəsmi olaraq sifarişin məbləği açıqlanmır. Hindistan mediası isə sövdələşməni 50 milyard dollar dəyərində qiymətləndirir.
Bu, mülki aviasiya tarixində ən böyük tək sifarişdir. Təyyarələr 2030-2035-ci illərdə təhvil verilməlidir.
“Bu, hələ başlanğıcdır, qarşıda daha çox şey var. Hindistan aviasiya bazarının böyüməsi ilə biz bu sifarişi vermək üçün doğru vaxtın olduğunu düşündük”, deyə "IndiGo"nun baş direktoru Peter Elbers bildirib.
Hindistan aviasiya bazarı dünyada ən sürətlə böyüyənlərdən biridir. "Barclays" hesab edir ki, Hindistan hava yolları bütün yeni təyyarə sifarişlərinin 6%-ni təşkil edir və ABŞ-dan sonra ikinci yerdə tutur.
"IndiGo" ölkədə bütün daxili uçuşların 55%-dən çoxunu təşkil edir. Hazırda bu aviaşirkətdə 300-ə yaxın təyyarə istismardadır, daha 480 təyyarə onilliyin sonuna qədər təhvil verilməlidir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay