"Boeing" 737 MAX istehsalını ayda 42-yə çatdırmağı planlaşdırır
"Boeing Co." tezliklə 737 MAX-ın istehsalını artırmağı planlaşdırır".
Valyuta.az xəbər verir ki, bunu "Boeing Co." şirkətinin kommersiya təyyarələri bölməsinin rəhbəri Sten Deal Le Bourgetdə Paris Aviasiya Sərgisində bildirib.
Təyyarə istehsalçısının rəsmisi qeyd edib ki, "Boeing" komponent tədarükçülərindən birinin istehsal problemləri ilə bağlı problemin həllində irəliləyir, bu səbəbdən şirkət bu ilin aprelində bu modelin bəzi təyyarələrinin tədarükünü dayandırmaq məcburiyyətində qalıb.
Şirkətin məqsədi 737 MAX təyyarəsinin istehsalını indiki ayda 31 təyyarədən 38-ə çatdırmaqdır. Deal yaxın gələcəkdə bu məqsədə nail olacaqlarını bildirib.
Deal "Bloomberg TV"yə müsahibəsində bildirib ki, bu ilin sonuna qədər "Boeing 737 MAX" laynerinin istehsalını ayda 42 ədədə çatdırmağı planlaşdırır. Zamanla şirkət bu təyyarələrin istehsal sürətini ayda 48-ə çatıdracaq.
Qeyd edək ki, "Boeing" təyyarələri üçün komponentlərin tədarükçülərindən biri - "Spirit AeroSystems Holdings Inc." aprel ayında şirkətin 737 MAX təyyarəsinin gövdəsində 8 fitinqdən ikisini quraşdırmaq üçün "qeyri-standart" prosesdən istifadə etdiyi barədə məlumat verib.
Bununla əlaqədar olaraq, “Boeing” şirkəti “Spirit” komponentləri olan laynerlərin tədarükünü dayandıraraq, aparılan işlərin aviasiya tənzimləyiciləri tərəfindən müəyyən edilmiş spesifikasiyalara cavab verməməsi ehtimalının olduğunu qeyd edib.
"Boeing"in səhmləri ilin əvvəlindən 15,5% artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay