Rusiya turoperatorlar üçün ƏDV-nin ləğviylə bağlı qanun qəbul edə bilər
Turoperatorlar üçün ƏDV-nin ləğvi haqqında qanun layihəsi tezliklə Rusiya Federasiyası hökumətinə təqdim olunacaq və Dövlət Dumasının yaz sessiyasında baxılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə TASS-a layihənin müzakirəsi ilə tanış olan mənbə bildirib //tass.ru/ekonomika/17985167 .
"Gözləyirik ki, gələn həftə QPU-dan (dövlət hüquq idarəsi - TASS) rəy olacaq. Və qanunvericilik fəaliyyəti ilə bağlı növbəti komissiyada buna baxılaraq hökumətə təqdim olunacaq. Ona görə də konsensus və ümumi anlaşma var. Yanvarın 1-dən geriyə qüvvəylə paylanacaq. Yaz sessiyasında qəbul oluna bilər”, - o deyib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl turoperatorları daxili turların satışına görə ƏDV ödəməkdən azad edən qanunvericilik dəyişikliklərinin qəbulunu təmin etməyi tapşırmışdı. Hökumətə ünvanlanmış tapşırığın icrası üçün son müddət cari il iyunun 1-dək müəyyən edilib. Müavinət 2023-cü il yanvarın 1-dən geriyə qüvvədə olacaq və 30 iyun 2027-ci il tarixinədək davam edəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay