Nəqliyyat
30.05.2022 / 17:56
Siemens Misirdə 8,1 milyard avroya yüksək sürətli dəmir yolları çəkəcək
22163
Almaniyanın “Siemens Mobility” kompaniyası Misir hökuməti ilə ölkənin 60 şəhərini birləşdirən yüksək sürətli dəmir yolu sistemi qurulmasına dair müqavilə imzalayıb.
Valyuta.az xarici KİV-ə istinadla xəbər verir ki, kompaniyanın mətbuat xidmətinin məlumatına görə, 8,1 milyard avroluq müqavilə 2 min kilometr uzunluğunda yüksəksürətli dəmir yolları çəkilməsini, qatarların tədarükünü, həmçinin 15 illik texniki xidməti nəzərdə tutur. Müqavilənin reallaşması hesabına Misirdə 40 minədək yeni iş yeri yaradılacaq.
“Siemens” hələ 2021-ci ildə Misirdə ilk dəmiryol xəttinin tikintisinə dair məbləği 2,7 milyard avro olan müqavilə imzalayıb. Layihənin tərəfdaşları Misirin “Orascom Construction” və “The Arab Contractors” şirkətləridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay