BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

“Artıq iki ildən çoxdur ki, Bakı-Balakən sərnişin qatarı işləmir. Əvvəllər bunun pandemiya ilə bağlı olduğu bildirilirdi. Lakin şəhərlərarası avtobus reysləri işə salınandan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı açıqlama verdi ki, sərnişin qatarlarının işləməməsi pandemiya ilə əlaqəli deyil”.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

“Sonralar ADY rəhbərlərinin çıxışından belə anlaşılırdı ki, ADY-nin xeyli borcu var, dəmir yol xətlərində problemlər var, yenilənmələr aparılmalıdır, nə zaman başa çatacağı ilə bağlı da heç bir ağlabatan açıqlamalar verilməyib”, - AİF prezidenti bildirib.

O. Gündüz ADY QSC-nin rəsmisinin verdiyi açıqlamanı xatırladaraq yazıb:

“Ötən gün Azərbaycan Dəmir Yolu QSC-nin departament rəhbəri Emil Əhmədov  maraqlı bir açıqlama verib. O, son zamanlar Gürcüstan və Azərbaycan arasında yükdaşımalarda yaranan problemin Gürcüstan tərəfinin mövcud dəmir yol infrastrukturunun zəif olması ilə izah edib. Yəni hazırda Azərbaycandan Gürcüstana doğru TIR növbələri ilə yanaşı qatarların da tıxacının yaranmasını Gürcüstanın imkanlarının yetərli olmaması ilə izah edib. Maraqlı məqam odur ki, Emil müəllim vəziyyətdən çıxış yolu üçün təcili olaraq Gürcüstana köməklik göstərdiklərini, çox sayda elektrovozlar və lokomativlər təqdim etdiklərini bildirib.

Deməli, buradan belə qənaətə gəlmək olar ki, ADY investisiyanı qonşu ölkələrin infrastrukturuna yatırdığından daxili xətlərin bərpasına vəsait çatışmır. Anlaşılmazdır. İki ildir ki, bu təbii inhisar subyekti sərnişin daşınmasını dayandırıb. Xətlərin yenilənməsi üçün heç bir yenidənqurma işləri aparmır, bununla əlaqəli heç bir ağlabatan məlumat vermir. Xatırlayıram ki, bir müddət öncə Asiya İnkişaf Bankı da ADY-nın borc içərisində olması haqqında hesabat paylaşmışdı. Amma ADY yükdaşımalarda problemi olan Gürcüstana kömək əlini uzadır.
Bunu necə anlamaq olar ?

Belə çıxır ki, bir neçə uğurlu beynəlxalq layihəni gerçəkləşdirən, yükdaşımalarda aktivlik göstərən qurum sərnişindaşımanı, ümumiyyətlə, bir kənara atıb. Düşünürəm ki, bütün bunlar doğru bir yanaşma deyil. Aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidir.
Bəlkə, ADY-ni özəlləşdirməyə çıxarmaq doğru olardı?

Bildiyim qədər Antiinhisar Dövlət Xidməti də Azərbaycan Dəmir Yollarına qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırıb.
Ümid edirəm, bu məsələ diqqətdə saxlanacaq”.

Son xəbərlər

TƏBİB: Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərində belə işləyəcək

TƏBİB: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Bayramda metronun "Bakmil" stansiyası iş günləri qrafiki üzrə çalışacaq

Son sutkada koronavirusa yoluxanların sayı açıqandı

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər (YENİLƏNİB)

Şantaja SON: İnternetdə problemli fotolarınız varsa, nə etməlisiniz? - AÇIQLAMA

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi

Nazir: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb”

Rövşən Rüstəmov: "Yeni peykin yaradılması ilə bağlı bu il ərzində qərar veriləcək"

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Vilyam Hacıyev: "Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı"

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?

Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ

Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Yeni cərimə müəyyənləşir - 5 min manata qədər

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Bütün xəbərlər