BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
20574

Turan Rzayev: “Bu addım geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliyə səbəb olacaq”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu isə Bakı ilə Tehran arasında yeni kommunikasiya bağlantılarının yaradılması deməkdir. 

Görəsən, bu tarixi hadisə Azərbaycan və bölgə üçün hansı siyasi, geosiyasi və iqtisadi əhəmiyyət kəsb edəcək?

Politoloq Turan Rzayev Qaynarinfo-nun mövzu ilə bağlı suallarını cavablandırıb. 

- Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının baş tutan 15-ci iclasında Bakı ilə Tehran arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Araz çayı üzərində salınacaq iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, həmçinin rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini də planlaşdırır. Prinsip etibarilə Araz çayının sağ sahilindən Ordubada gediş-gəlişi təmin edən yol əvvəldən olub. Amma 27 illik işğal prosesi digər yollar kimi, bu yolun da istifadəsini mümkünsüz edib. Yeni memorandumla isə artıq həmin yol Zəngəzur dəhlizi kontekstində şaxələnəcək.

- Belə anlaşılır ki, bununla İran Ermənstanı ofsaytda qoydu?
- 44 günlük müharibə regionda bir çox reallığı əsaslı surətdə dəyişib. Bakının təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Digər tərəfdən, Avropanın enerji təminatında həm ölkəmizin, həm də digər region ölkələrin rolu əsaslı surətdə artıb. Görünür, Türkiyə və Rusiyanın ardından bunu İran da başa düşür. İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Tehran onu anlayır ki, belə bir layihə Ermənistan ərazisindən deyil, məhz onun ərazisindən keçsə, bu, İranın da regionda rolunu artıracaq. Sözügedən Anlaşma Memorandumunun qeyri-müəyyən müddətə bağlanması da bunu bir daha təsdiq edir. İrandan fərqli olaraq Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında faktiki olaraq maneəçilik törədir. Rəsmi İrəvan bu günə qədər müxtəlif bəhanələrlə qəsdən dəhlizi əngəlləməyə çalışır. Halbuki Ermənistan siyasi dairələri anlamır ki, bu dəhlizin reallaşması hər şeydən öncə rəsmi İrəvanın özü üçün əlavə dividentlər yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Ermənistanı regionda yaradılacaq TANAP bənzəri ehtimal yeni layihələrdə pay sahibi edə bilər. İran tərəfi isə zəif iradəli və uzaqgörən siyasətdən məhrum Ermənistandan fərqli olaraq regional reallığı dərk edərək yaranmış fürsətdən yararlanmağı bacardı. Rəsmi Tehran yeni kommunikasiya bağlantısını Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda ərazisindən keçirməklə Ermənistanı faktiki olaraq ofsaytda qoymuş oldu.

- Bu, Zəngəzur dəhlizinin artıq tarixə qovuşduğu anlamına gələ bilərmi? 
- Hesab edirəm, bu razılaşma Zəngəzur dəhlizini sıradan çıxarmır. Əksinə, bu, Bakıya İrəvana Zəngəzur dəhlizini açmaq üçün əlavə təzyiq rıçaqları verəcək. Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı ən böyük səhvi belə bir kommunikasiyanın yalnız onun ərazisində və onun icazəsi ilə yaradıla biləcəyidir. Yəni, onlar Zəngəzur dəhlizinin özlərinin nəzarət etdiyi yol məntiqi ilə açılmasını istəyirdi. Hətta rəsmi İrəvan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlaya biləcəyini düşünürdü. Bakı isə İranla imzalanan Anlaşma Memorandumu ilə İrəvanı seçim qarşısında qoydu. Yəni ya Zəngəzur dəhlizinin açılması ilə razı olmalı, ya da regional layihələrdən kənarda qalmalıdır. Anlaşma Memorandumu Ermənistanın gözünü qorxuda, hətta Zəngəzur dəhlizi ilə bağlı geri çəkilməsi ilə nəticələnə bilər. İkincisi, Bakı Anlaşma Memorandumu ilə Ermənistanı geri addım atmağa məcbur etməklə yanaşı, İrana qarşı ehtiyatı da əldən vermir. Məsələ ondadır ki, cənub qonşumuz ilə münasibətlər normallaşsa da, bir müddət sonra yenidən gərginləşməyəcəyini demək çətindir. Buna əsasən deyə bilərik ki, rəsmi Bakı Zəngəzur dəhlizindən imtina etməyəcək, əksinə bundan sonra bu dəhlizin açılmasında daha adekvat addımlar atacaq. Zəngəzur dəhlizi olacağı müddətdə İran da rəsmi Bakı ilə gərginliyi artırmaq istəməyəcək. Üçüncüsü, Bakı yaxşı anlayır ki, İranla imzalanan anlaşma memorandumu Ermənistanla quru əlaqəsi yaratmaq istəyən Rusiyanın planlarını pozur. Ancaq Kreml onu da anlayır ki, Bakının belə bir gedişi Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı yaratdığı süni maneələrdəm qaynaqlanır. Hesab edirəm Rusiya onun planlarını pozan İrəvana bundan sonra daha çox təzyiq edəcək və Zəngəzur dəhlizinin açılmasında israrlı olacaq. Nəticə etibarilə İranla imzalanan anlaşma memorandumu Zəngəzur dəhlizini sıradan çıxarmır, əksinə dəhlizin açılması üçün ölkəmizə Ermənistana birbaşa və kənar güclər fonunda əlavə təzyiq vasitələri qazandırır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Neta" ən sürətli enerji dolduran hibridi təqdim edəcək (FOTO)

“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?

Cənubi Koreyada saniyələr ərzində enerji yığa bilən batareya yaradıldı

Gömrük komitəsi “Yeni Texnologiyalar”a protokol yazdı

Lotoreyada qazanmağın yolu nədən keçir? - Ekspert məsləhəti

Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin