Dünya rus təyyarələrinin üzünə bağlandı: Moskvada 170-dən çox reys ləğv edildi
Bazar ertəsi səhər Moskvanın hava limanlarında uçuşların kütləvi ləğvi və təxirə salnımları qeydə alınıb. Ümumilikdə, təxminən 180 reys təxirə salınıb və ya ləğv edilib.
Valyuta.az "Yandex. Cədvəl” xidmətinə istinadla xəbər verir ki, 10:10-da Vnukovoda dörd reys təxirə salınıb, 41-i ləğv edilib, Domodedovoya yeddi reys təzirə salınıb, 17-si ləğv edilib. Şeremetyevoya ləğv edilən reyslərin əksəriyyəti 100-dür, daha 10 təyyarənin uçuşu təxirə salınıb.
Qeyd edək ki, fevralın 28-dən etibarən Avropa İttifaqı Rusiya təyyarələrinə öz ərazisi üzərində eniş, havaya qalxma və ya uçuşa qadağa qoyub.
Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir:
"İttifaq ərazisinə enmək, havaya qalxmaq və ya uçmaq qadağandır".
Bu tələb Rusiya Federasiyasında qeydiyyatdan keçmiş Rusiya aviadaşıyıcıları tərəfindən idarə olunan bütün hava gəmilərinə və ya Rusiyada qeydiyyata alınmamış, lakin Rusiyanın fiziki və ya hüquqi şəxs və ya təşkilatı tərəfindən idarə olunan istənilən hava gəmilərinə şamil edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay