BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
19996
"Əgər sözügedən dövlət orqanı həmin yolu təmir etməyib və sübut olunsa ki, məhz onun nəticəsində həmin qəza baş verib, bu halda dövlət orqanından təzminat tələb etmək olar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov iki gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində bir ailənin ölümü ilə nəticələnən qəza hadisəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ittiham olunmasından danışarkən deyib. Onun sözlərinə görə, nəinki dövlətin, istəlinən şəxsin günahı təsdiqlənirsə, onun əməli, hərəkəti, yaxud da hərəkətsizliyi nəticəsində vurulan zərərin əvəzini ondan tələb etmək olar:
 
"Amma bu məsələ elə də asan deyil. Ola bilər, onlar da deyəcək ki, məhz qəza nəticəsində yolun həmin hissəsinə müəyyən zərər vurulub. Biz də məcbur olub yolu təmir etdik. Burada əlaqə sübut olunmalıdır ki, bəli, yolda problem olduğundan hadisə baş verib. Ekspertlər cəlb olunmalıdır. Məsələnin həm də faktiki tərəfləri var. Nəinki dövlət orqanı, hətta özəl şəxslər belə ittiham olunan tərəf olanda bunu onlara sübut etmək çətin olur. Bizdə məhkəmə sistemi qənaətbəxş deyil. Hər şey  ekspertlərin rəyi əsasında həll edilir. Ekspertlər də istəlnən rəyi verə bilər. Dövlət orqanları isə həmişə sudan quru çıxmağı bacarır”.   
 
 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı belə məhkəmədə vətəndaşın mütləq qalib gələcəyini deyib:
 
"Bu, hakimin vicdanına, ədalətinə baxır. O qədər vicdansız, rüşvətxor, korrupsioner hakimlər var ki, qərarı adamın üzünə baxa-baxa oxuyurlar. Vicdanlı hakim olsa, vətəndaşın xeyrinə qərar çıxaracaq. Qanunla yanaşanda hadisənin baş vermə səbəbi var və bu səbəb də yoldakı qüsurdur. Yolun da sahibi nəzarət edən dövlət qurumudur. Onlar vaxtında tədbir görsəydilər, bu və ya digər hadisələr baş verməzdi. Tək bu deyil, başqa hadislər də var. Ona görə onları məhkəməyə vermək lazımdır ki, məsuliyyətlərini dərk eləsinlər, gecə-gündüz yollarda yatsınlar ki, hər hansı bir problem yaranan kimi həll etsinlər. Bu gün qüsur yaranır, 5-10 nəfər ölür, sonra gəlirlər. Görün nə qədər harınlayıblar ki, insan həyatı onlar üçün dəyərsizdir. Onların əksəriyyətinin yoldan anlaşyışı yoxdur. Hamısını ora işə götürüb hərəsinə də bir vəzifə veriblər”.
 
 
Qeyd edək ki, iki gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində bir ailənin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi vaş verib. Nəqliyyat eksperti Elməddin Muradlı isə bu hadisədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib. Ekspert bildirib ki, AAYDA yollarda ölüm mənbəyi yaradır, qanun qarşısında cavab verməlidir: "Yəni qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. Hər halda, maşın heç nədən yoldan çıxıb aşmadı. Yolda ciddi qüsur var imiş. Bu səbəbdən də qəzada ölənlərin yaxınları savadlı bir vəkil tutub Agentliyi məhkəməyə verə bilər. Bu işdə həm təzminat davası açılmalıdır, həm də cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - deyə ekspert bildirib.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin