Nəqliyyat
17.02.2022 / 12:52
Aİ-də yeni avtomobillərin satışı tarixi minimuma düşüb
19864
Bu ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrində yeni minik avtomobillərinin satışı illik müqayisədə 6% azalaraq 682,6 minə düşüb ki, bu da tarixi minimum hesab olunur.
Bu barədə "APA-Economics" Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən xəbər verir.
Qeyd olunur ki, İtaliyada satışlar 19,7%, Fransada 18,6% azalıb, Almaniyada 8,5%, İspaniyada isə 1% artıb.
Assosiasiyanın məlumatına görə, yanvarda Avropada yeni "Stellantis" avtomobillərinin (keçmiş "Fiat" və "PSA") satışı illik müqayisədə 15,1%, "Volkswagen Group"un 7%, "Renault Groupe"un isə 3,5% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay