BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.

Valyuta.Az xəbər verir ki, bunu Rəşad Nəbiyev "Twitter" hesabında qeyd edib.

"Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı", - deyə R.Nəbiyev əlavə edib.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

İrəvan-İstanbul reyslərinin sərnişinləri “hava vergi”si ödəməyəcək

AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı

“Haqsız rəqabət haqqında” qanuna dəyişiklik ediləcək

Azərbaycan Gürcüstanla turizm sahəsində əməkdaşlığı müzakirə edib

"Britaniya Rusiyaya qarşı sərt sanksiya layihəsi hazırlayır" - Elizabet Trass

Dünyanın ən varlı 5 adamı iki həftə ərzində 85 milyard dollar itirib

Ölkəyə gətirilən məhsulların 17,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

"Azərenerji" Qarabağda 4 obyektin tikintisinə icazə alıb

Xudafərin sərhəd keçid məntəqəsi ilə bağlı razılıq əldə olunub

Pul hesabatından nə görünür?

İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 2500 AZN maaş

Dünya Bankı Azərbaycanda vergi islahatlarına texniki dəstək layihəsini uzadıb

Reuters: ABŞ Avropa üçün Rusiya qazına alternativ axtarır

Eks deputatın qardaşına 8 milyonluq ittiham: Elşən Cəbrayılovla bağlı müraciət niyə araşdırılmır?

Eks deputatın qardaşına 8 milyonluq ittiham: Elşən Cəbrayılovla bağlı müraciət niyə araşdırılmır?

“AccessBank” tender elan edir

İkinci “Ağıllı kənd” salınır: nə qədər insan köçürüləcək?

Nar bağlarının sığortası başlayıb

Azərbaycanda kirayə avtomobil bazarı nə yerdədir? - QİYMƏTLƏR

Azərbaycanda kirayə avtomobil bazarı nə yerdədir? - QİYMƏTLƏR

Dini qurumlar ianəni bank kartı ilə qəbul edə biləcəklər

DSMF-nin büdcədən asılılığı azalıb, amma bir sual qalır – TƏHLİL

Bütün xəbərlər