BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
18422

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görür.

Bu barədə Valyuta.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbər verilib.

Bildirilir ki, bununla bağlı nazir müavini Rəhman Hümmətovun Gürcüstana və Türkiyəyə səfəri zamanı müzakirələr aparılıb. Səfər BTQ layihəsi çərçivəsində Gürcüstan və Türkiyə ərazisində tamamlanmaqda olan tikinti-quraşdırma işlərinin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili və Türkiyə Dövlət Dəmir Yollarının rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkil edilməsi, Axalkalaki və Qarsda terminalların tikintisinin gedişatı, mövcud çətinliklərin həlli yolları, həmçinin ölkələrin tranzit potensialından daha səmərəli istifadə olunması və daşınan yüklərin həcminin artırılması məsələləri müzakirə edilib.

Ölkələrimizin iqtisadiyyatında, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında sözügedən layihənin xüsusi əhəmiyyəti vurğulanıb.

7 fevral 2007-ci il tarixində Tbilisidə Prezident İlham Əliyevin təşəbbüsü ilə BTQ-nin tikintisinə dair saziş imzalanıb. Asiyadan Avropaya birbaşa, təhlükəsiz və effektiv yük daşınmasını təmin edən dəmir yolu xətti 30 oktyabr 2017-ci il tarixində istismara verilib. İndiyə qədər onunla 1 milyon tondan çox yük daşınıb.

Ziya İkramlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Neta" ən sürətli enerji dolduran hibridi təqdim edəcək (FOTO)

“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?

Cənubi Koreyada saniyələr ərzində enerji yığa bilən batareya yaradıldı

Gömrük komitəsi “Yeni Texnologiyalar”a protokol yazdı

Lotoreyada qazanmağın yolu nədən keçir? - Ekspert məsləhəti

Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin