BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Valyuta.az-a DANX-dan bildirilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. 

Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı nəzərə alınaraq avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. 

Rejimlə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq.

Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. 

Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən Covid-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, Covid-19- un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Paytaxtdan regionlara və əks istiqamətdə gecə reysləri aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər etmək olar.

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər