Qlobal istehsalçıdan proqnoz: “Vəziyyət 2024-cü ildə düzələcək”
ABŞ-ın aviasiya nəhəngi, dünyanın ən iri təyyarə istehsalçılarından biri “Boeing” pandemiyanın təsirlərinin nə zaman aradan qalxacağına dair proqnozlarını açıqlayıb.
Şirkət hava yolu ilə səyahətin yalnız 2024-cü ilin əvvəlində pandemiyadan əvvəlki səviyyəyə qayıda biləcəyini güman edir.
Qlobal istehsalçı həm də növbəti 20 il ərzində dünyanın yeni təyyarələrə tələbatını da proqnozlaşdırıb.
“Boeing” şirkətinin hesablamalarına görə, 2040-cı ilə qədər 43 min ədəddən çox yeni təyyarəyə ehtiyac yaranacaq:
“Tələbatın əsas hissəsi Orta Şərq və Asiyanın payına düşəcək. Bütövlükdə yeni təyyarələrin dəyəri 7,2 trilyon dollar təşkil edəcək”.
Qeyd edək ki, Aviasiya sənayesi qlobal iqtisadiyyatın mühüm tərkib hissəsidir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bu sektorun pandemiyadan öncə 65 milyon iş yeri ilə dünya iqtisadiyyatının 3,6%-ni təşkil etdiyini bildirir. ICAO-nun hesablamalarına görə pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər ötən il təkcə aviaşirkətlərə 370 milyard dollar, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) görə isə 126 milyard dollar ziyan vurub.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay