BAKU Azərbaycan
26.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Bakı metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi sifariş verib.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə müqavilə bağlayıb: 

"Müqaviləyə əsasən şirkət Bakı metropoliteni üçün daha 20 vaqon istehsal etməli və gələn il Bakıya yola salmalıdır. Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib Bakıya göndərilməlidir. Həmin dövrə qədər Bakı metropoliteni bütün texniki şərtləri müəssisəyə təhvil verməlidir".

Xatırladaq ki, hazırda Bakı metropoliteninin lokomativ parkında 56 qatar tərkibi olmaqla 280 vaqon sərnişinlərə xidmət edir. Onlardan 19 qatar tərkibi olmaqla 95 vaqon yeni nəsil vaqonlardır. Gələn ilin sonuna isə metro stansiyalarında xidmət edəcək yeni nəsil vaqonlarının sayı 115, qatar tərkibinin sayı 23 olacaq.

Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.

Mənbə: Trend

Son xəbərlər

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Azərbaycanda vaxtı keçən kreditlərin payı aşağı düşüb

Müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacaq? - TN

Ünvanlı sosial yardım ödəniləcəyi tarix açıqlandı

Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ

“Təmiz Şəhər” ASC İnvestisiya Holdinqinin idarəetməsinə verildi - SƏRƏNCAM

Əhali kreditləri plastik kartlarla almağa üstünlük verir

Rusiyada "Aİ-95" markalı benzinin qiyməti rekord həddə çatdı

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərildi

Təbii qazın bahalaşması davam edir

Sürət zəif, qiymət isə baha: İnternet problemi nə vaxt həll olunacaq?

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

Ali məktəblərdə dərslərin təşkili qaydası açıqlandı

Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Bakıda ağacları qanunsuz kəsənlər axtarışa verildi: Təbiətə böyük ziyan vurublar

Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Nazirlər Kabineti yeni tədris ilinin başlaması ilə bağlı qərar verdi

"Brent" neftinin qiyməti 75 dolları ötdü

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Bütün xəbərlər