İran Xəzərdə konteyner terminalı inşa edəcək
İranın şimalında yerləşən Gilan vilayətinin Kaspian limanı ərazisində konteyner terminalı inşa olunacaq.
Bunu İranın Gəmiçilik Qrupunun icra direktoru Məhəmməd Rza Modərres Xiyabani Kaspian limanı ilə yaxından tanış olarkən deyib.
M.Modərres Xiyabaninin sözlərinə görə, bu terminalın inşa edilərək istifadəyə verilməsi ilə Xəzər dənizində İranın konteyner məhsulları ticarətinin inkişaf etdirilməsinə imkanlar yaranacaq.
Modərres Xiyabani əlavə edib ki, İranın Ənzəli Ticarət Zonası və İranın Gəmiçilik Qrupu Şimal-Cənub Dəhlizinin aktivləşdirilməsində əsaslı rola sahib ola bilər.
İranın Ənzəli Azad Ticarət Zonasının icra direktoru Əli Ovsət Əkbəri Moqəddəm də bildirib ki, Rəşt-Kaspian dəmiryolu ilin sonuna kimi (20 mart 2022) istifadəyə veriləcək. Bu dəmiryolu İranın tranzit və ticarətinin inkişafında əsaslı rola sahib olacaq.
Qeyd edək ki, İranın Gilan vilayətində Rəşt-Kaspian dəmiryolunun uzunluğu 35 kilometrdir.
Mənbə: Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay