BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
15879

“Üçtərəfli sazişdən irəli gələn məram ondan ibarətdir ki, Zəngəzur dəhlizi mütləq şəkildə işə düşməlidir. Azərbaycan bu məsələdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Mən özüm də o bölgədə olmuşam, tikinti işləri gedir. Prezident İlham Əliyevin kommunikasiya xətləri ilə bağlı yanaşması ondan ibarətdir ki, onlar birmənalı olaraq işlək vəziyyətdə olmalıdırlar”.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Qafqazda yeni geosiyasi konfiqurasiyanın mərkəzi elementi məhz Zəngəzur dəhlizidir:

“Baxmayaraq ki, indi Fransa ermənilərə dəstək göstərir. Ancaq Fransa bu bölgəyə uzaqdır. Bu bölgədə biz varıq, Rusiya, Türkiyə, İran və Gürcüstan var. Bu ölkələrin hamısının marağındadır ki, Zəngəzur dəhlizi fəaliyyətə başlasın. Bunu Rusiya da istəyir. Çünki bu məsələdə Rusiyanın bir neçə yeni preferensiyası açılır. Türkiyə ilə birbaşa yerüstü əlaqəsi yaranacaq, İranla münasibətləri normallaşacaq. Eyni zamanda Ermənistanın özü üçün də çox vacib kommunikasiyadır. Ona görə də Ermənistanda hakimiyyət qurulduqdan sonra Nikol Paşinyandan ciddi şəkildə soruşulmalıdır ki, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərlə bağlı nə edib və nəyi etmək fikrindədir”.

T.Abbasov bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin şəxsi münasibətləri də bu prosesə müsbət ovqat gətirir:

“Orada həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Bu, gələcəyə hesablanmış çoxşaxəli kommunikasiyadır. Ona görə də Ermənistan öz öhdəliklərindən kənara çıxa bilməyəcək. Zəngəzur dəhlizinin açılması bütün proseslərə müsbət politik təsirini göstərəcək. Bu məsələdə Rusiya ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. Əvvəldən bəlli idi ki, Azərbaycanla Rusiya bu məsələdə həmahəng hərəkət edirlər. Ona görə də Prezident İlham Əliyevin Moskva səfərinin çox uğurlu olduğunu hesab edirəm. Faktiki olaraq gözləntilər var idi və onlar hamısı özünü doğruldur. Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlər daha dərinləşir. Birinci şəxslərin də şəxsi münasibətləri bu prosesə müsbət təsir göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin