BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
15301

"Ölkədə AZAL-ı tənqid etməyən bir tək Cahangir Əsgərov qalıb, amma yenə də heç bir dəyişiklik yoxdur, biletlər bahadır, inhisarçılıq davam edir”.

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Ekspert qeyd edib ki, AZAL-ı bilet qiymətlərini azaltmağa məcbur etmək üçün hökumət rəqabətli mühit yaratmalıdır:

"Yaxşı, hökumət AZAL-la bağlı qəti qərarlar vermir, bunu anladıq, amma heç olmasa ölkə daxilində rəqabətli mühit yaratsın ki, AZAL da qiymətləri endirməyə məcbur olsun. Bunu necə etmək olar? Çox sadə, məsələn, Lənkəran Hava Limanının tikintisinə 51,5 mln. dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın) pul xərclənib. Hava limanı demək olar ki, çalışmır, buna baxmayaraq, hər il hava limanının kommunal xərclərinə və işçilərin maaşına 5 mln. manata yaxın pul xərclənir, 2008-ci ildən bəri hava limanının xərcləri az qala elə tikintiyə xərclənən qədər olub. İndi nə etmək olar? Lənkəran Hava Limanının AZAL-ın idarəçiliyindən tam çıxarılır, xarici şirkətlərdən birinə (Türkiyə şirkətlərinin marağı olduğunu bilirəm) idarəetməyə verilir və ən vacibi-uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan ayrılır, AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmur. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb olunur, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilir, qiymətlər Bakı Hava Limanından ən azı 2 dəfə ucuz olur. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni hökumət siyasi qərarlarla AZAL-a bata bilmirsə, heç olmasa, iqtisadi rəqabətlə AZAL-a çəki-düzən verə bilər”.

İqtisadçı hesab edir ki, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava Limanlarında da təşkil etmək olar:

"Yəni beynəlxalq rəqabətə qısqanclıqla yanaşan hökumət və AZAL rəhbərliyi heç olmasa daxili rəqabətə imkan yarada bilər. Bu yolla regionlarda tikilən, büdcədən ayrılan on milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq, çünki Azərbaycan hökumətinin "ağ fil” layihələri tək tikinti zamanı büdcəyə yük olmur, sonra da yük olmaqda, xərc aparmaqda davam edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay ®

Azərbaycan startapı ən yaxşı startaplar siyahısında

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin