BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
15164

Rusiya Federal Hava Nəqliyyat Agentliyi (Rosaviatsiya) Azərbaycan hava limanlarına gedən marşrutların siyahısını genişləndirib.

Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, "Sibir" hava daşıyıcısının Orenburq, Vladikavkaz, Nalçik, Rostov-na-Donu, Saratov, Voronej, Omsk, Çelyabinsk, Perm, Yekaterinburg, Soçi, Mahaçqala şəhərlərindən və Moskva yaxınlığındakı Jukovski hava limanından Bakı istiqamətində uçuşlar həyata keçirməsinə icazə verilir. Uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Qroznı - Bakı və Soçi - Bakı xətləri üzrə uçuşlar hər gün "İkar" hava yolu şirkəti üçün ayrılıb, "Şevernıy Veter" daşıyıcısı bir marşrutla təmin olunub: Perm - Bakı reysi həftədə yeddi dəfə.

Həmçinin, "IrAero" daşıyıcısı üçün həftədə iki dəfə Nijnekamsk və Novosibirsk marşrutları üzrə uçuşlar ayrılıb. "Royal Flayt" aviaşirkəti üçün Rosaviatsiya həftədə iki dəfə Rostov-na-Donu - Bakı və Soçi - Bakı istiqamətlərində marşrutlar ayırıb.

"Aeroflot" daşıyıcısı üçün həftədə yeddi dəfə bir marşrut ayrılıb: Krasnoyarsk - Bakı və "Ural Hava Yolları"na Rusiyanın 25 şəhərdən (Soçi, Bel1orod, Surqut, Çita, Kalu1a, Saransk, Vladikavkaz, Nalçik, Nijnekamsk, Nijnevartovsk, Ulyanovsk) uçuşlar, Lipetsk, Kemerovo, Orenburq, Tomsk, Vladivostok, Yaroslavl, Xabarovsk, Barnaul, Tümen, Saratov, Krasnodar, Volgograd, Cheboksary və Stavropol) Bakıya - həftədə üç dəfə hər şəhərdən uçuşların həyata keçirilməsinə icazə verilib.

Bakıdan əlavə, Rusiya daşıyıcıları Azərbaycanın Gəncə şəhəri istiqamətində sərnişin daşımalarını həyata keçirəcəklər.

Beləliklə, Rosaviatsiyanın sərəncamına əsasən, "Sibir" Hava Yolları Gəncəyə həftədə üç dəfə Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Mineralnıye Vodı, Volqoqrad, Həştərxan, Vladikavkaz, Nalçik, Rostov-na-Donu, Saratov, Voronej, Nijni Novgorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburg, Soçi, Mahaçqala və Jukovski şəhərlərindən uçuşlar həyata keçirəcəkdir.

"İkar" daşıyıcısı Gəncəyə üç uçuş həyata keçirəcək - Ufa, Mineralnıye Vodı və Rostov-na- Donu şəhərlərindən həftədə yeddi dəfə. "Severnıy veter" aviadaşıyıcısı isə Nijni Novqorod, Rostov, Krasnoyarsk və Mineralnıye Vodı şəhərlərindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.

Agentlik tərəfindən daşıyıcılara Lənkəran və Qəbələ şəhərlərinə də uçuşlar həyata keçirməyə icazə verilib.

Belə ki, Lənkəran istiqamətində "İkar" aviadaşıyıcısı Sankt-Peterburq, Vladikavkaz, Nijni Novqorod və Moskvadan, "IrAero" dan isə həftədə iki dəfə Novosibirsk, Moskva və Sankt-Peterburqdan uçuşlar həyata keçirəcəkdir.

Qəbələ hava limanına bu daşıyıcılar buraxılır: "Severnıy veter" - həftədə yeddi dəfə Moskvadan, "Ural Hava Yolları" - həftədə üç dəfə Moskva yaxınlığındakı Jukovski hava limanından.

Bundan əlavə, "Severnıy veter" daşıyıcısı həftədə dörd dəfə Moskvadan Zaqatala hava limanına uçuş həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin