Səfir: "Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir"
“Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda İranla Azərbaycan arasında aviareyslərin açılmasını müzakirə etmişik”.
Valyuta.az xəbər verir ki, bunu “Report”a a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
O bildirib ki, Azərbaycanda nəzərəçarpacaq dərəcədə koronavirusa yoluxanların sayı azalıb:
“İranda da virusa yolxunaların sayında azalma müşahidə edilib”.
Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır.
Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay