25.06.2021 / 15:50
İrakli Qaribaşvili: “BTQ üzrə tikinti işlərinin 82 %-i başa çatdırılıb”
14614
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə tikinti işlərinin təxminən 82 %-i yekunlaşdırılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı məlumat verib.
O, xətt üzrə yük daşınmalarının pilot rejimdə həyata keçirildiyini bildirib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay