Nəqliyyat
18.06.2021 / 14:19
Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayı artırılır
14198
“Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayını artırır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
İyunun 23-dən etibarən loukoster uçuşları hər gün, iyulun 20-dən isə yay mövsümünün sonuna qədər həftədə 14 reys yerinə yetirəcək. Reyslər gündə iki dəfə Embraer 190 və Airbus 319/Airbus 320 təyyarələri ilə həyata keçiriləcək.
Agentlik bu gün “Buta Airways”ə reyslərin yerinə yetirilməsi üçün müvafiq icazə təqdim edib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – “Buta Airways” Gürcüstanın aviasiya bazarına 2017-ci ildə daxil olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay