Nəqliyyat
15.06.2021 / 16:09
Çin dünya konteyner ticarətində böhran yaratdı
13954
Çinin Şençjen şəhərindəki Yantyan terminalının qismən qapadılması, dünya konteyner ticarətində miqyaslı fasilələlərə şərait yarada bilər.
Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb.
Məlumata görə, limanın bağlanmasına səbəb Quandun əyalətində koronavirusun yayılması şərait yaradıb. Yüklər Şekou, Nanşa, Honkonq kimi terminallara göndərilsə də bütün gəmiləri bura yerləşdirmək alınmayıb.
Yaranan böhran ümumi tranzit müddətini 15-16 gün uzadıb. Bu kollapsın daşınma dəyərində də əksini tapacağı vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay