Rusiyadan Samara-Bakı aviareysi üzrə uçuşlar başlayır
Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə birbaşa uçuşlara başlayır.
Bu barədə Valyuta.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Bu gündən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq:
"Aviaşirkət Bakıdan Samaraya ilk uçuşunu bu gün saat 23:45-də yerinə yetirəcək".
Qeyd edək ki, S7-dən başqa Rusiyanın "IrAero" (çərşənbə axşamı), "Nordwind" (çərşənbə axşamı) və "Ural Airlines" (şənbə) aviaşirkətləri də sözügedən marşrut üzrə həftədə bir dəfə uçuşlar həyata keçirir.
Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay