Nəqliyyat
08.06.2021 / 21:00
Gürcüstan hökuməti: BTQ üzrə tikinti işlərinin 78,4%-i başa çatdırılıb
13547
Gürcüstanda hazırkı dövrədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işlərinin təxminən 78,4%-i yekunlaşdırılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin hesabatında bildirilib.
Sənədə əsasən, xətt üzrə yük daşımaları pilot rejimdə həyata keçirilir.
Qeyd olunub ki, Gürcüstanın tranzit və logistik potensialının gücləndirilməsi məqsədilə ölkənin nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya prosesi davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay