Yeni nəqliyyat dəhlizləri Qafqazda tranzit reallıqlarını dəyişəcək - ÜGT
Yeni dəmiryol və avtomobil nəqliyyat dəhlizlərinin tikintisi və əvvəl mövcud olmuş maşrutların bərpası Qafqazda və onun hüdudlarından kənarda yeni tranzit reallıqlarının formalaşmasına gətirib çıxaracaq.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə ÜGT-nin baş katibi Kunio Mikuriya deyib.
O bildirib ki, region özünün tranzit rolu sayəsində dünya bazarları ilə nəqliyyat əlaqəsini şaxələndirə bilər:
"Azərbaycan 2006-cı ildə ÜGT-nin Gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması üzrə beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyaya qoşulması və konteynerlərə nəzarət proqramında iştirakı sayəsində Azərbaycan gömrüyü gömrük xidmətlərinin modernləşdirilməsi, sadələşdirilməsi və təkmilləşdirilməsinə sadiqliyini nümayiş etdirib. Hesab edirik ki, Azərbaycan gömrüyü tranzit dəhlizlərinin fasiləsiz funksiyasına əhəmiyyətli töhfə verəcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay