Nəhəng avtomobil şirkəti öz fəaliyyətini dayandırıb
Yaponiyanın məşhur avtomobil şirkəti “Suzuki Motors” istehsal fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəsmiləri buna qlobal yarımkeçirici çip tədarükü çatışmazlığının səbəb olduğunu qeyd edirlər.
Verilən qərara görə şirkət iyun ayından etibarən Xonşiu bölgəsində yerləşən 3 nəhəng fabrik və zavodlarının fəaliyyətini müvəqqəti olaraq dayandıracaq.
Sözügedən qərarla şirkətə nə qədər maddi ziyan dəyəcəyi və bunun hansı model avotomobillərə daha çox təsir göstərəcəyi isə dəqiq olaraq bilinmir.
Qeyd edək ki, son 1 ildə bütün dünyada istər smartfon və tablet, istərsə də 5G şəbəkəsinə malik texno cihazların istehsalı üçün vacib olan yaımkeçirici çip ehtiyacı bir çox avtomobil istehsalçısını çətin vəziyyətdə qoyub.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay