Nəqliyyat
10.04.2021 / 13:45
BTQ dəmir yolu xətti ilə yükdaşımalar iki dəfəyədək artıb – NAZİR
10630
“2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımaların həcmi təqribən 78 min ton təşkil edirdisə, bu ilin ilk rübündə bu göstərici 154 836 tona çatıb”.
Valyuta.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazir bildirib ki, ötən il BTQ dəmir yolu xətti və Orta Dəhliz üzərindən 2019-cu illə müqayisədə 104% artımla 396 778 ton yük daşınıb.
“Orta Dəhlizin illik 710 mlrd. ABŞ dolları təşkil edən Avropa-Çin ticarət magistralının keçdiyi ölkələr əhəmiyyətli dərəcədə iqtisadi qazanc əldə edəcəklər", - deyə nazir qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay