Nəqliyyat sahəsindəki üstünlüyümüz öz sözünü deyir – AÇIQLAMA
“Suveyş kanalında son insident şərq-qərb daşımalarında quru nəqliyyat infrastrukturunun imkanlarını daha da artırdı”.
Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı AzərTac-a müsahibəsində deyib.
V.Qasımlı, Çinin qatarla daşımalarının 2020-ci ildə 50 faiz və 2016-cı illə müqayisədə 7 dəfə, hətta bu ilin ilk iki ayında Çindən Avropaya gedən qatarların sayı əvvəlki illə müqayisədə iki dəfə artdığını diqqətə çatdırıb:
“Avrasiyada quru daşımalarının əhəmiyyəti artdığı bir halda Zəngəzur dəhlizinin aktuallaşması və Azərbaycanın indiyədək tikdiyi Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, 6 beynəlxalq aeroport, minlərlə kilometr avtomobil və dəmir yolları Prezident İlham Əliyevin nə qədər müdrikcəsinə siyasət yürütdüyünü göstərir. Nəqliyyat-logistika sahəsində rəqabət üstünlüyümüz iqtisadi artımda öz sözünü deyə bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay