Nəqliyyat
01.04.2021 / 12:04
Taksi sürücülərinin qiymətləri artırıb-azaltması qanuna zidd deyil - DANX
10059
Taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanuna zidd əməl sayılmır.
Valyuta.az xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova səsləndirib
N.Allahyarova fikrini belə əsaslandırıb ki, qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil.
Onun sözlərinə görə, bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir.
“Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyyə edirik” – deyə DANX sözçüsü vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay