Nəqliyyat
01.04.2021 / 11:33
Qala-Pirallahı avtomobil yolunda yerüstü piyada keçidi inşa edilib
10055
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Valyuta.az-a bildirilib ki, sözügedən ərazidə, avtobus dayanacağı, bundan başqa yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur.
Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir.
Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burda 2 lift quraşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay