BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
10025

Nazim Bəydəmirli:  “Vəziyyətin belə tez düzələcəyinə inanmıram”

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Eyni zamanda AZAL-ın fəaliyyətinə nəzarət edəcək Müşahidə Şurası formalaşdırılıb. Bu, çoxlarında ümid yaradır ki, sözügedən qurum, nəhayət, qiymətləri normallaşdıracaq. Və insanların aya deyil, sadəcə fərqli ölkələrə uçduğunu başa düşəcək.

Valyuta.az Sherg.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Nazim Bəydəmirli isə məsələ barədə açıqlamasında bədbin proqnoz verdi. Qiymətlərin bahalığının səbəbindən danışan həmsöhbətimizin fikrincə, problemin həlli kompleks yanaşma tələb edir:

““İri vergi ödəyiciləri” adlandırdığımız belə şirkətlərin, o cümlədən AZAL-ın özünün fəaliyyətinin korrupsiya, rüşvətxorluq və monopoliya üzərində qurulduğu məlumdur. Xərcləmələr doğru-düzgün aparılmır. Prezidentin də dəfələrlə dediyi kimi, dövlət hesabına investisiya qoyulan bu şirkətlər dövlət büdcəsinə hansısa qatqı vermirlər. İkinci bir tərəfdən, rəqabət mühiti yoxdur. AZAL kifayət qədər ücuz tarifli şirkətlərin bazara daxil olmasına imkan vermir. Onlara təklif edilən aeroport xərcləri çox baha olur. Beləliklə, digər “oyunçu”lar üçün maraq yaranmır və AZAL öz hökmran mövqeyini qoruyur”.

N.Bəydəmirli, həmçinin müsbət nəticəyə niyə inanmadığının digər səbəbini də açıqladı:

“Müşahidə Şurasının yaradılmasındakı məqsəd xərcləmələrə nəzarət etməkdir. Lakin orada QHT rəhbərləri, jurnalistlər, cəmiyyətin inandığı, tanıdığı ziyalılar, bir sözlə, qeyri-hökumət üzvləri olmalıdır. Ancaq bir hökumət üzvlərinin digər hökumət üzvlərinin işinə nəzarət etməsi, əlbəttə, lazımi effekti verməyəcək. Ona görə də vəziyyətin belə tez düzələcəyinə inanmıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirildi (YENİLƏNİB)

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlandı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

AQTA-dan bazar rəhbərlərinə - Xəbərdarlıq

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)

Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi (VİDEO)

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı

Xaricə satdığımız kartofun tonu 145 dollar ucuzlaşıb – Qiymət

Azad edilən ərazilərdə peşə yarmarkası keçiriləcək - İlk dəfə

Tramp ABŞ-ı dünyanın qalan hissəsi üçün zibilxana adlandırdı

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlandı - SİYAHI

Azərbaycan xaricdən mebel alışına çəkdiyi xərci 3 milyon dollara yaxın azaldıb

"AFB Bank" I rübü zərərlə bitirib

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - Bu tarixdən...

Hesabat dövründə fəaliyyəti olmayan sahibkar vergi hesabatı təqdim etməlidirmi?

AMEA-da təyinatlar - Yeni şöbələr yaradıldı

İnvestisiya etmək istəyən şəxslərin oxumalı olduğu 10 kitab – Mütəxəssis məsləhəti

İnvestisiya etmək istəyən şəxslərin oxumalı olduğu 10 kitab – Mütəxəssis məsləhəti

Azərbaycanda “Deloitte”nin filialı ləğv edildi

Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub

“Kia” avtomobilləri Qazaxıstanda hazırlanacaq

Bitcoin və Etherium yenidən yüksəlişdə - Kriptovalyutaların qiymətləri

Yanan obyektlərin sığorta problemi

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Bu rayonlarda qaz olmayacaq

Avro və lirə bahalaşdı – Məzənnə

Bakıda taksilərin qiyməti bahalaşdı (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin