BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
53866
Valyuta.az sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd, vəkil Sərdar İsmayılovun müsahibəsini təqdim edir:
 
- Sərdar bəy, tanımayanlar üçün haqqınızda qısa məlumatla giriş edək.
 
- Mən, İsmayılov Sərdar Əbülfət oğlu, 05 noyabr 1987-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Ailəliyəm, bir övladım var.
 
- Hazırda da vəkil fəaliyyəti göstərirsiniz?
 
- Bəli, 2018-ci ildən etibarən vəkil fəaliyyəti ilə məşğul oluram.
 
- Sərdar bəy, bu sizin ilk seçki prosesinizdir, hazırda da vəkilsiniz. Konkret deyək, niyə millət vəkili olmaq istəyirsiniz?
 
- AR Vəkillər kollegiyasının üzvüyəm. Vəkil kimi fəaliyyət göstərdiyim vaxt ərzində yüzlərlə insana hüquqi yardım göstərmişəm, onların hüquqlarını müxtəlif orqanlarda və təşkilatlarda  müdafiə və təmsil etmişəm. Hesab edirəm ki, artıq yüzlərlə yox, on minlərlə insanın hüquqlarını müdafiə və təmsil edib, onların vəkili olmağın vaxtı çatıb. Bir sözlə, vəkil Sərdar İsmayılov millətin vəkili olmağı, yəni ki, daha çox faydalı olmağı istəyir.
 
- Necə düşünürsünüz, hazırda olduğunuz vəkil obrazı ilə millət vəkili obrazı arasında hansı fərqləri görürsünüz?
 
- Mənim üçün əsas prinsip faydalı olmaqdır. Vəkillik fəaliyyətimdə də bu prinsiplə davam edirəm, amma deputat seçilərəmsə, faydalılıq əmsalının daha da yüksək olacağını düşünürəm.
 
- 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən namizədliyinizi vermisiniz. Bu, Qarabağ müharibəsindən sonra bütöv Azərbaycanda olan Milli Məclisə olan ilk seçkidir. Bir qarabağlı olaraq qarabağlıların səsini ala biləcəyinizi düşünürsünüz?
 
- Əslində, mən bu günə qədər siyasətə qarışmamışam və siyasi fikirlər səsləndirməmişəm. Qarabağ camaatı yaş etibarı ilə məni tanımaya bilər, amma özlərindən, içlərindən olan bir gənc kimi etibr edə bilərlər. Hələlik bu barədə çox da bir söz demək istəmirəm ki, pafoslu görünməyim. Sağlıq olsun, zaman hər şeyin dərmanıdır. 
 
- Naxçıvanda doğulub, Yasamal rayonunda böyümüsünüz. Niyə məhz 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi?
 
- Doğrudur, mənim üçün əslində, Yasamal ərazisindən namizədlik vermək daha rahat olardı. Həm məni daha çox tanıyırlar, həm də ərazi baxımından geniş deyil. Nəzərə alsaq ki, Cəbrayıldanam, əslim-köküm oralıdır və namizədliyimi də oradan verməyimin daha məqsədə uyğun olduğunu düşünürəm.
 
- 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 82 məntəqəsi var. Siyasətə ilk addımlarını atan adam üçün çətin olmayacaqmı?
 
- Olacaq, əlbəttə, amma pafoslu olmasın, çətinə qaçmağı sevirəm. Daha dəqiq, bugünədək hansı işim çətin olubsa, mübarizə aparıb uğur qazanmışam. Ona görə də özümə güvənib, seçimimi də məhz bu dairə üzərində etdim. Bilirəm ki, kifayət qədər prespektivli, enerjili, səriştəliyəm. Bu xüsusiyyətləri də yaxşı işlər üçün sərf etməyi özümə məqsəd seçmişəm.
 
 
- Ümumi götürsək, vətəndaşların seçkiyə getməmək, inanmamaq kimi bir halları da vardır. Müsahibəmizi oxuyan seçicilərə bu inamı qaytarmaq üçün nə deyə bilərsiniz?
 
- Seçkiyə getmək seçki hüququ qazanmış hər bir vətəndaşın haqqıdır və düşünürəm ki, insanlar bu hüquqlarından nə olur olsun istifadə etməlidir. Pafoslu cümlələrlə insanların inamına şübhə salmaq, "əşşi, hamısı belə deyir” düşüncəsi yaratmaq istəmirəm, amma onu deyirəm ki, məhz bu seçkiyə gəlsinlər və mənə inansınlar. Fəaliyyətimin ilk günündən onlara bu inamı qazandıracam.
 
- Platformanızdan kənara deyək. Siz seçilsəniz digərlərindən fərqli nə olar?
 
- Mən seçilərəmsə, bu, ilk növbədə həm də dövlətimiz üçün uğurlu seçim olar. Çünki dövlət maraqları da mənim üçün ümdə məsələlərdən biridir. Ona görə ki, biz hər birimiz tutduğumuz mövqe və statusdan asılı olmayaraq dövlətimiz üçün üzərinə düşən vəzifə və öhdəliyi yerinə yetirməliyik. Belə deyək, 10 milyonluq bir gəmi düşünün, kapitanından  matrosuna, texniki işçidən tutmuş aşpazına qədər ilkin olaraq bu gəminin batmaması üçün mübarizə aparmalıdır. Daha sonra da gəminin uzaq sulara üzməsi üçün hər kəs üstünə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. İndi mən də öz üzərimə düşəni etmək üçün bu yola düşmüşəm. Necə deyərlər, Allah utandırmasın. 
 
- Sərdar bəy, rəqiblərinizə münasibətiniz necədir? Adətən, namizədlər bir-biri haqqında xoşagəlməz ifadələr də işlədir. Sizin çəkindiyiniz biri varmı, məsələn?  
 
- Əvvəla, çəkinmək sözü mənim leksikonumda yoxdur. Həm də niyə, nədən çəkinim ki? Bu, bir siyasi mübarizədir, bizlər də mübarizəni aparan rəqiblər. Düşünürəm ki, bu mübarizə mədəni və sivil qaydada, o cümlədən, qanunlara riayət edilməklə aparılmalıdır. Xüsusi ilə heç kimə qarşı da kinim, nifrətim yoxdur, bütün mübarizə aparan rəqiblərə uğurlar arzu edirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimiz cüzi ucuzlaşıb

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Almaniya Rusiya neftinə alternativ tapıb

Qlobal mayninq bazarı konsolidasiyaya doğru irəliləyir

İcra hakimiyyətinin binaların təmiri ilə bağlı tenderi niyə ləğv edilib?

Çin PwC-ni 62 milyon dollar cərimələdi

Rusiyadan titan ixracına qoyulan məhdudiyyətlər Qərbə necə təsir edəcək?

"Günay Bank"la "Agro-Land-Az" areasında kredit qalmaqalı

Almaniyada hökumətlə müxalifət arasında miqrantlar böhranı

Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

"Buta Təmizlik"lə "Azpride Group"un "podrat mübahisəsi"

Bakı metrosuna iki yeni qatar gətirilib

Əhalinin yeni sayı açıqlandı

Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq

Yanğın təhlükəsizliyi qaydalarının pozan şirkət məhkəmə qarşısında

"Həzi Aslanov" metrostansiyasının əsaslı təmiri ilə bağlı ilkin mərhələ yekunlaşıb

Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb

Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb

Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin