BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8516
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2181
54945

Azərbaycanda bəzi iş adamı və yüksək vəzifəli dövlət məmurlarının əmlakı həbs ediləndən sonra məhkəmə qərarı ilə müsadirə olunur. Belə ki, müsadirə edilən əmlak hərraca çıxarılır və şəxsin borcu oradan əldə edilən gəlir vasitəsilə qaytarılır. Adətən müsadirə olunmuş əmlak hərraca çıxarılan zaman real qiymətindən dəfələrlə ucuz təklif olunur.

Maraqlıdır, müsadirə edilən əmlaklar kiməsə satılırmı, aqibəti necə olur? Əmlakı hərraclarda qohumlar, yaxud ailə üzvləri ala bilərmi?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev müsadirə olunan əmlakların dövlət hesabına keçdiyini bildirib:

“Müsadirə olunan əmlaklar dövlət hesabına keçilir. Əgər əmlakı müsadirə edilmiş şəxsin borcu varsa, əmlak hərraca çıxarılır. Satılan məbləğlə borc geri qaytarılır. Ya da bağışlanır”.

Azərbaycan qanunvericiliyə görə, cinayət yolu ilə var-dövlət yığan şəxslərdən əmlakın müsadirə edilməsi Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən həyata keçirilir. Cinayət yolu ilə əldə olunan bütün əmlaklar dövlət büdcəsinə köçürülür. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əldə olunan əmlak barədə məhkəmə qərar verir. Əgər o cinayət yolu ilə əldə olunubsa, cinayətin predmetidirsə, məhkəmənin qərarından sonra icra məmurlarına göndərilir. Mülk haradadırsa, iş də həmin ərazinin icra məmuruna ünvanlanır. Daha sonra icra məmuru tərəfindən qiymətləndirmə keçirilir. Qiymət təyin olunduqdan sonra hərraca qoyulur və satışa buraxılır. Əgər alıcı olmasa, qiymətlər lazımi səviyyəyə qədər endirilir. Hərracda satılan əmlakın pulu dövlət büdcəsinə əlavə edilir.

Bəs, əmlakı müsadirə edilən şəxsin qohumları hərracda iştirak edə bilərmi?

Qeyd edək ki, qanunvericiliyə əsasən, əmlakı ələ keçirilən dövlət məmurunun qohumlarının hərracda iştirakına qadağa qoyulmur. Amma qəbul edək ki, belə bir addımı atmağı heç kim risk etməz. Çünki bu təbii şəkildə həmin şəxslərin də əlində olan vəsaitin cinayət yolu ilə qazanılan pullardan bir hissəsi olduğu barədə şübhə yaradar.

Əmlakların kimə aid olduğu və ya kimə satıldığı məlum olurmu? 

Qanuna əsasən, məhkəmə tərəfindən müsadirə olunan əmlaklar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilir. Orada əmlakın kimə məxsus olduğu qeyd edilmir. Əmlakı gəlib alan şəxslər də kim olduqları barədə məlumat vermirlər. Sadəcə olaraq elektron müraciət qaydası ilə öz ad və soyadlarını, özlərinə aid olan məlumatları yerləşdirməklə hərracda iştirak edirlər. Ümumiyyətlə, nəinki müsadirə olunan əmlaklar, hərraca çıxarılan digər əmlakların da kim tərəfindən alındığı barədə məlumat yayılmır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Benfika” klubu korrupsiyada ittiham edilib - Detallar

Avrozonada sənaye istehsalı rekord səviyyəyə yüksəldi

"Microsoft" məhkəmədə oyunçularla razılığa gəldi

Rusiyanın Hindistana kömür tədarükü kəskin azaldı

Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır

AP Ukraynaya Rusiya aktivləri hesabına 35 milyardın verilməsini dəstəklədi

Moldova siqaret və tütün çubuqlarına müxtəlif aksiz dərəcələri tətbiq etdi

Bütün əmlakını nişanlısının adına keçirən milyonçu müflis oldu

Ağdamın “Çay evi” bərpa olunacaq

Bu avtomobilləri artıq telefonla açmaq olacaq

Avtomobillərin utilizasiyası prosesinə niyə başlanmır? (VİDEO)

“Lufthansa” yəhudi sərnişinlərə görə 4 milyon dollar cərimələnib - Detallar

"Apple" mağazalarında "MacBook Pro"lar tükənir

"Azaqro Holdinq"lə dövlət qurumu arasında 102 minlik vergi qalmaqalı

Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? (VİDEO)

Sabah bu ərazilərdə qaz olmayacaq

Cəlilabadda zəlzələ qeydə alınıb

Rusiya "Shell"dən 1 milyard avro təzminat tələb edir

2026-cı ildə çıxacaq "iPhone 18"in ilk detalları məlum oldu

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

ATU yarım milyonluq elektrotexnika alır

Türkiyə böyük məbləğdə vergidən yayınanların axtarışına başladı

Əli Əhmədovun bacısı oğluna yeni vəzifə verildi (FOTO)

"Bakı Telefon Rabitəsi" məhkəməyə verilib

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Almaniyanın dörd əyaləti "Volkswagen" fabriklərinin saxlanmasını tələb edir

"Vergi Məsləhətçiləri" cərimələnə bilər

Laçında nağıl kimi küçə: tramvay, kanat, qalareya...

Ölkəmizdə texniki baxış ləğv oluna bilərmi?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin