BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9597
  • RUB
    2.1795
  • TRY
    0.0429
  • GBP
    2.2944
46269

1918-ci ildə aztəminatlı fermer ailəsində dünyaya gəlir, “kasıblığı iliklərinə qədər yaşayır”, çətin şərtlər altında uğurlu bir tələbə kimi Missuri Universitetinin İqtisadiyyat fakültəsini bitirir... 1985-ci ildə Forbes jurnalı tərəfindən “dünyanın ən varlı adamı” seçilən Sam Waltonun hekayəsi...

Waltonunun öz həyatı haqda yazmış olduğu ‘Made in America’, sadəcə pərakəndə satış sektorunda deyil, həmçinin bir çox fərqli sahədə işləyən işçi və idarəçilərin oxuması lazım olan önəmli bir kitabdır.

Ayda 75 $ Maaş

Walton 1940-cı ildə universitetdən məzun olduqda JC Penny adlı bir pərakəndə satış mağazasında ayda 75 dollar maaş qarşılığında işləməyə başlayır. Amma tezliklə başlayacaq olan İkinci Dünya Müharibəsində iştirak etməyə qərar verərək, bu iş yerindən istefa edir.

Müharibədən sonra, 1943-cü ildə Helen Robson adlı bir xanımla ailə həyatı qurur. Helenin Samdan istədiyi tək şey əhalisi 10 mindən çox olmayan bir qəsəbədə yaşamaq olur. Məhz bu səbəbdən dolayı Sam, mağazalarını kənd yerlərində və qəsəbələrdə açmaq qərarına gəlir.

Walton 1945-ci ildə qayınatasından aldığı 20 min dollar borc ilə Ben Frankl adlı birindən “1001 xırdavat” mağazası satın alır. Məhz bu ilk məhəllə mağazasının sahibi olarkən onu uğura götürəcək olan sirri kəşf edir: Ucuz qiymətlər! Bu konsentrasiya, Wal-Mart şirkətinin uğurunun ən önəmli təməlini təşkil edir. Bu prizmadan baxaraq, Walton pərakəndə sektoruna ilk böyük yeniliyi gətirir: Topdan satıcıları və vasitəçiləri “ortadan qaldırıb” məhsulları birbaşa istehsalçılardan satın almaq və beləliklə məhsulu istehlakçıya ucuz qiymətə satmaq. Həmçinin mənfəət marjasını aşağı və sabit bir səviyyədə tənzimləyərək, toplam mənfəəti artırmaq üçün ümumi şirkət gəlirini artırmasının vacibliyini başa düşür.

Walton, ilk Wal-Mart mağazasını 1962-ci ildə açır. Mağaza o qədər uğurlu olur ki, mal sahibi, əmlakı öz oğluna hədiyyə vermə bəhanəsi ilə müqaviləni yeniləmir. Bu da Walton üçün həyatın önəmli 2-ci dərsi olur: Əmlaka sahib olma vacibliyi. Bunun üçün pilotluq vəsiqəsi alır və cüt motorlu bir “Cessna” təyyarəsi sahibi olur. Təyyarəni özü idarə edərək, investisiya etməyi planlaşdırdığı qəsəbələrin üzərində uçuşlar həyata keçirərək mağaza açmaq üçün ən münasib yerləri təsbit etməyə çalışırdı. Waltonu uğura götürən ən önəmli faktorlardan biri çox çalışqan olması idi. Belə ki, hər səhər 04:30-da oyanaraq işə başlayır və gecə saatlarına qədər işini davam etdirirdi.

"Hər zaman ucuz qiymətlər, hər zaman..."

“Wal-Mart”ın uğurunun altında yatan ən önəmli amillərdən biri ölkənin hər bir küncündə mağaza açması oldu. "Hər zaman ucuz qiymətlər, hər zaman..." sloqanı isə ən böyük üstünlüyü olub.

 

“Wal-Mart”ı uğura aparan amillər?

 

- Vasitəçiləri ortadan qaldırdı

“Wal-Mart” normal pərakəndə mağazalarından olduqca fərqli olaraq fəaliyyətə başlamış bir pərakəndəçidir. Məqsəd mümkün olduğu qədər ucuz qiymətlərə istehlakçılara məhsullar satmaq. Bunun üçün pərakəndəcilik status-kvosunda nələr varsa, hamısını təfərrüatları ilə araşdırmış və bu qaydaların bir çoxunu radikal olaraq dəyişdirib.

- Fərqli stok sistemi

İkinci ən önəmli yenilik, rəfləri stoklama yanaşmaları. “Wal-Mart”dan öncə mağazalarda məhsullar öncədən sifariş edilir, rəflərə düzülür və müştərilərin bu məhsulları almağı üçün gözlənilirdi. Sam Walton bu sistemin xərcləri artırdığını hər kəsdən öncə anlayaraq, satış məlumatları üzərində bir stok sistemi inkişaf etdirmək üçün işlərə başladı. Walton hələ kompüter sistemi olmamışdan əvvəl satış məlumatlarını manual şəkildə toplayır və sifarişlərini satışdan gələn məlumatlar əsasında yeniləyirdi.

- Logistikaya (daşınma) çox önəm verirdi.

Walton, pərakəndə işinin əsasən bir logistika işi olduğunu hər kəsdən öncə kəşf edən və bu sahədə araşdırmalar və investisiyalar etdirən bir sahibkardır. Məsələn, P&G şirkəti ilə birlikdə işləyib, bu şirkətin məhsullarının satış məlumatlarını real vaxt rejimində kassa aparatlarından göndərməsini və bu məlumatlara uyğun olaraq səhmlərin idarə edilməsini düşünə bilərdi. Günümüzdə “kateqoriya idarəetməsi” deyə adlandırılır. Həmçinin hazırda logistika sektorunda ən vacib sistemlərdən biri olan “cross-docking” sisteminin də yaradıcısı “Wal-Mart”dır.


Waltonun 10 prinsipi

İşçisini xoşbəxt edən həmişə qazanır.

1992-ci ildə 74 yaşında dünyadan köçən Sam Waltonun qurduğu “Wal-Mart”ın hazırda ümumi işçi sayı 2 milyondan çoxdur. Bəs bu uğurun pərdə arxasında nələr var? Bunu Sam Waltonun öz sözləri ilə ifadə etdiyi 10 prinsipində görə bilərik:

1. Özünüzü işinizə həsr edin: “Öz nöqsanlarımın çoxunu işimə aşiq olma səbəbilə aradan qaldırdım. Səhərlər işə həvəslə gedən birisinin ortaya qoyacağı işin nəticəsi də hər zaman uğurlu olur.”
2. Şirkət gəlirini bütün işçilərinizlə paylaşın: “Bütün işçilərinizin şirkətin səhmlərinə sahib olmalarına çalışın. Bir mükafat olaraq səhm verməyi düşünün”.

3. Şirkət məlumatlarını işçilərinizlə bölüşün: “Nə qədər çox bilərlərsə, o qədər çox başa düşərlər. Nə qədər yaxşı başa düşərlərsə, o qədər çox həvəs göstərərlər. Bu təqdirdə də onların qarşısını heç kim ala bilməz”.

4. Şirkətinizdəki bütün işçiləri dinləyin, onların təkliflərinə qulaq asın: “Müştəriyə ən yaxın olanlar, mağaza daxilində işləyənlərdir. Müştəri haqda ən çox onlar bilirlər”.


İşləyənə “Əhsən” demək pulsuzdur!


5.  İşçilərinizin uğurunu mütləq qiymətləndirin: “İşin maddi tərəfi, əlbəttə ki, önəmlidir, amma insanlara uğurları qarşılığında deyəcəyiniz bir neçə tərif cümləsi puldan daha qiymətlidir. Həmçinin, pulsuzdur”.

6. Müştəri ehtiyaclarında olan dəyişiklikləri yaxından izləyin: “Oturduğumuz yerdən şirkət idarə etmək çox təhlükəlidir. Mağazalarınızı gəzin, müştəriləriniz haqda çalışdığınız qədər çox məlumat əldə edin.”

7. Müştərilərinizin istəklərini onlardan öncə təxmin edin: “Əgər belə etsəniz, müştərilər bezmədən, daima sizə gələcəklər. Nə istəyirlərsə, verin. Hətta daha çoxunu verin”.

8. Xərclərinizi hər şeydən daha yaxşı idarə edin: “Bu, sizin ən önəmli rəqabət üstünlüyünüz ola bilər. Biz 20 il ard-arda xərc/satış faizinin aşağı olması mövzusunda ölkə birincisi olduq”.

9. Qənaətcil olun: “Şirkətinizin daxilində mütləq qənaət anlayışını aşılayın”.

10. Axına tərs gedin: “Hər kəs New-Yorka gedirsə, siz əksinə gedə bilməyi düşünün. Standart baxış prizmalarından qaçın. Fərqli düşünün ki, fərqli davranasınız.”

“Uğur, standartlardan kənar düşünənlərin və insanlara insan kimi davranmağı bilənlərin haqqıdır”


Rəhim


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bu MMC-nin vəzifəli şəxsi həbs edilib

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ

17 min abonentin qaz təchizatı dayandırılacaq

Nazirlik 230 min manatlıq geyim dəsti alır

İçərisində əqrəb olan içki 132 manata satılır

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

"MFX-Trading"də daxili əməliyyatlar daralır: dövriyyədə 45 milyonluq azalma

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin