BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
45453

Cənubi Florida alimlərinin araşdırması göstərir ki, siyanobakteriyalar torpaqlarda dəmir çatışmazlığı problemini həll etmək üçün açar ola bilər.

Valyuta.az xəbər verir ki, tədqiqatçılar yosunları toksinlər və zərərli yosun çiçəkləri səbəbindən ekoloji təhlükə kimi görmək əvəzinə, torpağın münbitliyini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaq üçün ondan biogübrə kimi istifadə etməyi təklif ediblər.

Təcrübələr Cənubi Florida ştatında üzvi bağçada və istixanada aparılıb. Elm adamları Jesup gölündən su və siyanobakteriya biokütləsi toplayıb və ondan biogübrələr yaratmaq üçün istifadə ediblər. İki illik araşdırmadan sonra məlum olub ki, bu biogübrələrin tərkibində xeyli miqdarda dəmir var ki, bu da onların torpağın keyfiyyətinin yaxşılaşdırılmasında effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Aqroekologiya professoru Krişnasvami Jayaçandran qeyd edbi ki, siyanobakteriyalardan biogübrə kimi istifadə fermerlərə məhsuldarlığı itirmədən becərmə xərclərini azaltmağa və rəqabət qabiliyyətini artırmağa imkan verir. O, həmçinin su sistemlərinə qida axınını azaltmaqla suyun keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Siyanobakteriyaların kənd təsərrüfatında istifadəsi məhsuldarlığı və ekosistemlərin davamlılığını artırmaq üçün innovativ həll yolu ola bilər.

Bu kəşf kənd təsərrüfatı və ətraf mühit üçün yeni perspektivlər açır və ekoloji və iqtisadi cəhətdən dayanıqlı kənd təsərrüfatı sistemlərinin yaradılmasında əsas rol oynaya bilər.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTO

Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?

Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı (FOTO)

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

Rusiyanın beynəlxalq ehtiyatlarında milyardlarla azalma - Rəqəmlər

Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)

Noyabrın 10-dan H1 və H2 avtobusları pulsuz olacaq - AYNA

"Paramount"un səhm başına gəliri yüksək, mənfəəti aşağı oldu

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Qocalmanı sürətləndirən iş vərdişləri açıqlandı

"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi

Dünya imtina edir, biz pulla satırıq...

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin

Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşüb (FOTO)

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb (FOTO)

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

“Freelance” işin mənfi tərəfləri

Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqləndi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Bakıda yağış yağacaq

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

Azərbaycan nefti 0,32% ucuzlaşıb

Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək - SİYAHI

Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilir (VİDEO)

Ehtiram Quliyev yeni şirkət yaratdı

BRICS ölkələri yeni investisiya platforması yaradacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin