Bill Qeyts aldığı kitab dünyanın ən bahalı nəşri oldu
Kitab bilik mənbəyidir və bunu əbəs yerə deməyiblər. İnsanlar kitablardan çox şey öyrənir, belə demək mümkünsə, onlar həyatımızın bir hissəsi sayılır. Bəs dünyanın ən bahalı nəşrlərinin hansılar olduğunu heç düşünmüsünüzmü? Bu siyahıdakı kitabların əksəriyyəti olduqca nadirdir. Bəziləri də inanılmaz dərəcədə əhəmiyyətli tarixi sənədlər olduğu üçün çox qiymətlidir.
Valyuta.az dünyanın ən bahalı kitablarını təqdim edir.
“Codex Leicester”, Leonardo da Vinçi
Orijinal qiymət: 30,8 milyon dollar
2023-cü il üçün düzəliş: 63 milyon dollar
İndiyə qədər satılan ən bahalı kitab 1994-cü ildə Bill Qeyts tərəfindən 30,8 milyon dollara alınmış və 2021-ci ildə qiyməti təqribən 54,4 milyon dollara yüksəlmiş “Codex Leicester” idi. Bu, əslində, Leonardo da Vinçinin elm gündəliyi idi. 1510-cu ildə nəşr olunmuş kitabda da Vinçinin suyun hərəkəti, ayın parlaqlığı və niyə dağlarda dəniz canlılarının fosillərinin tapıla biləcəyi kimi məlumatlara dair rəsmləri, nəzəriyyələri və müşahidələri var. Satın aldıqdan sonra Qeyts skaner vasitəsilə onu rəqəmsal kitaba mçevirdi, daha sonra bəzi şəkilləri “Windows 98 Plus” sistemi üçün ekran qoruyucuları və divar kağızları kimi buraxdı.
“The Book of Mormon, 1830”
Orijinal qiymət: 35 milyon dollar
2023-cü il üçün düzəliş: 43,3 milyon dollar
Mormonizmin banisi Cozef Smitin diktəsi əsasında əl ilə yazılmış “Mormon Kitabı”nın orijinal çap layihəsi indiyə qədər satılan ən bahalı dini mətn sayılır. İsa Məsihin son zamanlar “Müqəddəslər Kilsəsi”nin (LDS) mərkəzi mətnlərindən biri hesab edilən “Mormon Kitabı”nın 1820-ci illərdə Smitin Nyu Yorkdakı evinin yaxınlığında aşkar edilmiş qızıl lövhələrin üzərində yazılmış mətnin tərcüməsindən əldə edildiyi bildirilir. Əlyazmanın bu orijinal bağlaması 1903-cü ildə satılana qədər kilsənin mülkiyyətində qalıb. Belə formativ mətnlər o qədər unikal olmasa da, təsirli auksion qiymətlərinə malikdir. Məsələn, 2018-ci ildə keçirilən hərracda “Mormon Kitabı”nın ilk nəşri 77 500 dollara (bu gün 93 627,95 dollar) satıldı.
“Magna Carta”, 13-cü əsr
Orijinal qiymət: 21,3 milyon dollar
2023-cü il üçün düzəliş: 31,1 milyon dollar
Tam kitab sayılmasa da, bu antik əlyazma, şübhəsiz, indiyə qədər satılan ən bahalı sənədlərdən biridir. 1215-ci ildə nəşr olunmuş “Magna Carta”, İngiltərə kralı Con tərəfindən imzalanmış kral hüquqları xartiyasıdır. Bu, kralın və onun hökumətinin qanundan üstün olmadığını rəsmi şəkildə bəyan edən ilk sənəd idi. Onun məqsədi monarxiyaların öz güclərini istismar etmələrinin qarşısını almaq və kral hakimiyyətinə məhdudiyyətlər qoymaq idi. İlkin variantı qarışıq olsa da, “Magna Carta” tarixçilərin və siyasətçilərin bu gün bildiyimiz hüquq sisteminin təməl sütunlarından biri kimi əsrlər sonra istinad edəcəkləri bir sənəd olacaqdı. 2007-ci ildə “Carlyle Group”un həmtəsisçisi David Rubenştein tarixi sənədin 1297-ci il versiyasının ABŞ-da qalmasını təmin etmək üçün 21,3 milyon dollar ödədi. Bu sənədin tarixə böyük təsirini görmək üçün Dan Consun “Magna Carta: The Birth of Liberty” kitabına baxa bilərsiniz.
“The Gutenberg Bible”, 1455
Orijinal qiymət: 5,4 milyon dollar
2023-cü il üçün düzəliş: 14,4 milyon dollar
Çapın mənşəyi ilə əlaqəni tapmaq üçün əlamətdar bir mətn olan kitabın nəşri 1987-ci ildə “Christie's New York” auksionunda 5,4 milyon dollara satılmışdı. Bu antik əlyazmaların rekord qiymətə satıldığı yeni ərazi idi. Yohannes Qutenberq çap sahəsinin əsas banisi kimi tanınır və daşınan tip üçün təməlqoyma strategiyaları işləyib hazırlayıb. Bu cild, yeni texnologiyadan istifadə edilərək, dini mətnin daha geniş tirajla nüsxələri yaradıldı. Əl ilə yazılmış belə parlaq əlyazmaların yalnız bir neçəsi müasir dövrümüzə qədər gəlib çatıb. Bu gün “Qutenberq İncili”nin əllidən az nüsxəsi var. Həmçinin tam mətni əks etdirən nüsxələrin yalnız yarısının varlığı bu antik kitabın sürətlə satılacağına əminlik yaradırdı. 1987-ci ildə Yaponiyada “Qutenberq İncili”nin natamam nüsxəsini “Maruzen” adlı yapon kitab satışı şirkəti satın aldı.
“The Canterbury Tales”, Cefri Çauser
Orijinal qiymət: 7,5 milyon dollar
2023-cü il üçün düzəliş: 13,9 milyon dollar
İngilis tarixinin ən məşhur mətnlərindən biri olan “The Canterbury Tales”in ilk nəşri “Christie's” auksionunda yeddi milyon dollardan artıq qiymətə satıldı. Bu, 15-ci əsrdə İngiltərədə Vilyam Kekston tərəfindən çap edilmiş 1477-ci il nəşrindən günümüzə qədər gəlib çatmış bir neçə nüsxədən biridir. Bu nüsxə müstəsna vəziyyətdədir və Çauserin orta ingilis nəşrinin parlaqlığını heyrətamiz şəkildə işıqlandırır. Bu nüsxə o qədər maraqla qarşılanırdı ki, təkcə ilk nəşrin onlarla nüsxəsi mövcud idi. O, 1998-ci ildə ən yüksək qiymət təklif edən mərhum britaniyalı milyarder və xeyriyyəçi Con Pol Cetti Jr.-a satılıb.
“Shakespeare’s First Folio”, Vilyam Şekspir
Orijinal qiymət: 9,98 milyon dollar
2023-cü il üçün düzəliş: 11,69 milyon dollar
Vilyam Şekspirin 1623-cü ildə nəşr olunmuş pyeslər toplusu olan “Birinci Folio” ingilis dilində ən çox maraqla qarşılanan kitablardan biridir və qiymətinə uyğun gəlir. Yalnız bu nəşrin təxminən 56 tam versiyası mövcuddur. Kitabda Şeksprin ölümündən sonra onun yazılarının tərtib edilməsinə yardımçı olan Con Heminq və Anri Kondellin giriş mətni də daxil, səliqəli şəkildə hazırlanmış 36 pyesi var. Hazırda bu nəşrdən cəmi altı ədəd qalıb. Bunlar 2001-ci ildə Pol Allen tərəfindən altı milyon dollardan baha qiymətə alınıb. 2016-cı ildə isə Şekspirin foliolarının ilk dörd nəşrinin dəsti hərracda 3,68 milyon dollara satılıb. Buraya əsərin əvvəllər mövcudluğu məlum olmayan ilk nəşri daxildir. Ancaq 2020-ci ildə yeni rekordlar müəyyən edildi. 1623-cü ildə nəşr olunan kitabın tam nüsxəsi üçün anonim bir alıcı 9,98 milyon dollar ödəyib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay