Keçmiş SSRİ məkanının 10 ən bahalı oyunçusu kimlərdir?
Transfermarkt internet portalı özünün Teleqram kanalında postsovet məkanı ölkələrinin ən bahalı oyunçularının reytinqini yayıb.
Valyuta.az xəbər verir ki, reytinqdə birinci yeri 80 milyon avro dəyərində qiymətləndirilən "Napoli"nin vingeri, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya tutub.
İkinci yedə bazar dəyəri 42 milyon avro olan "Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko, üçüncü yerdə "Çelsi"nin vingeri Mixail Mudrik qərarlaşıb.
Siyahıda Ukrayna millisindən 7, Gürcüstandan 2, Rusiyadan isə 1 futbolçu yer alıb.
Postsovet ölkələrinin ən bahalı 10 oyunçusu:
1. Xviça Kvaratsxeliya (“Napoli” - Gürcüstan, 80 milyon avro)
2. Aleksandr Zinçenko (“Arsenal” - Ukrayna, 42 milyon avro)
3. Mixail Mudrik (“Çelsi” - Ukrayna, 40 milyon avro)
4. Giorgi Mamardaşvili (“Valensiya” - Gürcüstan, 30 milyon avro
5. Aleksandr Qolovin (“Monako” - Rusiya, 30 milyon avro)
6. Vitali Mikolenko (“Everton” - Ukrayna, 28 milyon avro)
7. Artyom Dovbik (“Jirona” - Ukrayna, 28 milyon avro)
8. İlya Zabarnı (“Bornmut” - Ukrayna, 25 milyon avro
9. Anatoli Trubin (“Benfika” - Ukrayna, 25 milyon avro)
10. Viktor Sıqankov (“Jirona” - Ukrayna, 25 milyon avro)
© Redaktor.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay