Atasının səsini anasına hədiyyə etdi
Missuri ştatında yaşayan bir kişi anasına Milad hədiyyəsi vermək üçün mərhum atasının səsini canlandırıb.
Valyuta.az xəbər verir ki, o bunun üçün süni intellektin köməyindən yararlanıb. Villet anasının hədiyyəni açdığı anı "TikTok" sosial şəbəkəsində paylaşıb və sonra hər ikisinin qucaqlaşdığını və bir neçə dəqiqə ağladığını bildirib. Vilettin "mənim qəhrəmanım" kimi təsvir etdiyi atası 2022-ci ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Paylaşılan video "TikTok"da sürətlə yayılaraq milyonlarla baxış və minlərlə şərh toplayıb.
Filip açıqlamasında hədiyyəsi ilə bağlı bunları deyib: "Onun səsini sonuncu dəfə eşitməyimizdən o qədər çox vaxt keçib ki... Süni intellekt proqramından istifadə edərək anam üçün atamın səsinə mükəmməl uyğun gələn video hazırladım".
Missuri ştatının Sent-Luis bölgəsində yaşayan Filipə bu ideyanı onun həyat yoldaşı Kassandra Villet verib. Məzmun yaradıcısı da eyni şeyi sınayıb-sınamadığını öyrənmək üçün internetdə araşdırma apardıqdan sonra fikrini dəyişdiyini bildirib. Onun süni intellekt proqramına yazdığı ilk sözlər isə "Salam canım" olub. Villet açıqlamasında, proqramın atasının səsi ilə danışdığını ilk dəfə eşidəndə bütün bədəninin titrədiyini deyib.
Hədiyyəni hazırlamaq üçün Filipə bir gün lazım olub. O, səhər saat yeddidən axşam altıya qədər dayanmadan işlədiyini, masasından ayrılmaq istəmədiyini söyləyib. Vilett süni intellekt vasitəsilə yaradılan səsli mesajla yanaşı, anası Triş Vilett və atasının birlikdə çəkdirdiyi fotolardan da klipdə istifadə edib və onu videokitabda birləşdirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay