Beyons milyarder olmağın bir addımlığında
Amerikalı müğənni Beyons əri reper Jay-Z-dən sonra milyarder olmaq yolundadır. “Forbes”in məlumatına görə, Beyonsun sərvəti 800 milyon dollara çatıb.
ABŞ-ın “Forbes” jurnalının məlumatına görə, məşhur müğənni Beyonsun sərvəti 800 milyon dolları keçib. Dünya Turunu başa vuran müğənni bu rəqəmə turdan 100 milyon dollar qazandıqdan sonra çatıb. Tur zamanı çəkilən sənədli filmin bilet satışları da 30 milyon dollara çatıb.
Bundan əlavə, “Forbes” müğənninin musiqi kataloqunun 300 milyon dollar dəyərində olduğunu bildirdi. “Forbes” amerikalı ulduzun çox dəyərli sənət kolleksiyasına malik olduğunu bildirib. Beyonsun digər aktivləri 2010-cu ildə əri, məşhur reper Jay-Z ilə birlikdə qurduğu “Parkwood Entertainment” şirkətinin tərkibindədir.
Beyonsun 2009-cu ildən evli olduğu Jay-Z dünyanın ilk milyarder reperi kimi tarixə düşüb. Jay-Z-nin 2,5 milyard dollar sərvəti var. Bundan əvvəl 1,4 milyard dollar sərvətə çatan Rihanna və 1,1 milyard dollar sərvətə çatan Taylor Svift digər milyarder müğənnilər idi.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay