3.99 dollara aldığı vazanı 107 minə satdı
ABŞ-ın Virciniya ştatında bir qadın 3,99 dollara aldığı şüşə vazanı 100 min dollardan baha qiymətə satıb.
Valyuta.az xəbər verir ki, belə baha qiymətə satılmasının səbəbi qadının yerli mağazadan aldığı əşyanın nadir və qiymətli italyan şüşəsindən hazırlanması olub. “New York Times” qəzetinə danışan Cessika Vinsent vazanı alanda qiymətin bir az baha ola biləcəyini düşündüyünü bildirib: “Mən bunun 1000 və ya 2000 dollarlıq bir parça ola biləcəyini düşündüm. Ancaq daha çox araşdırma aparana qədər bunun nə qədər dəyərli olduğunu bilmirdim”
Vinsent vazanın dibində gördüyü "M" işarəsinin "Murano" demək ola biləcəyini düşündüyünü bildirib. Murano adası İtaliyanın Venesiya yaxınlığında yerəşir və şüşə sənətkarlığı ilə məşhur olan bölgələrdən biridir. İnternetdə vaza araşdırmasına başlayan qadın, mütəxəssislərin ona parçanın məşhur italyan memar Karlo Skarpanın əsərlərindən birinə bənzədiyini bildirdiyini söyləyib. Vinsentin əlaqə saxladığı "Wright" hərrac evinin sahibi Riçard Rayt fotoları görən kimi xoş hisslər keçirdiyini söyləyib.
Vazanın 1940-cı illərdə Carlo Scarpa tərəfindən istehsal olunan "Pennellate" seriyasına məxsusluğu rəsmən müəyyənləşdirildikdən sonra hərracda 107.100 dollara satılıb.
Güldanı Avropadan anonim kolleksiyaçının aldığı bildirilib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay