BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
38725

Kostyumları və qara mini paltarları ilə tarixdə öz yerini tutan modelyer Koko Şanel bu gün də məşhur olan bir çox dizayn yaradıb. Məşhur modelyer Koko Şanelin əsl adı Qabrielle Bonheur Chanel idi. Koko Şanel 1883-cü il avqustun 19-da Fransanın Saumur bölgəsində anadan olub. O, dünyasını dəyişəndə dünya şöhrətli modelyer olsa da, həyatının ilk illərində parlaq olmayıb. Şanel uşaq rifahı müəssisəsində böyüyüb və onun baxıcıları kiçik qıza tikiş tikməyi öyrədib. 1910-cu ildə ilk geyim mağazasını açmamışdan əvvəl musiqi sənayesində bəxtini sınayan gənc dizayner bir neçə fərqli məkanda mahnı oxuduqdan sonra bunun onun yolu olmadığına qərar verdi və diqqətini başqa sahəyə yönəltməyi seçdi.

İlk biznes müəssisələri

Həmin il “Coco Chanel” markasını məşhurlaşdıracaq ilk kostyum və qara mini paltarı təqdim etdi. Qadınlar üçün tikdiyi hər parçada qəşəng olduğu qədər rahat görünmələrinə də önəm verirdi.

1910-cu ildə Şanel Parisdə Rue Cambonda ilk mağazasını açdı. Biznesinə qadın papaqlarının satışı ilə başlayan Şanel qısa müddətdə yeni mağazalar açıb, geyim dizaynına başladı. Parisin ən məşhur bölgələrindən ikisi olan Deauville və Biarritzdə digər mağazaları açılan Şanel müvəffəqiyyət pillələrini sürətlə dırmaşırdı. Şanel dəb sənayesində ilk uğurunu küləkli bir gündə köhnə trikotajdan ilhamlanaraq hazırladığı libas diqqət çəkdiyi zaman əldə etdi.

Stil ikonu Koko Şanel

Onun sadə, mürəkkəb kombinasiyaları və bu kombinasiyalarda istifadə etdiyi aksesuarlar onun stil ikonasına çevrilməsinə kömək etdi. Şanelin imzası olan aksessuarı mirvari boyunbağılar idi. Qəşəng geyinməklə yanaşı rahat olmağa da önəm verən Şanel dizayn etdiyi paltarlarda hər zaman rahatlığı ön planda tutmağa diqqət yetirib. Bir dəfə Şanel demişdi: “Sənin dəbdəbə dediyin şey həm də rahat olmalıdır, əgər narahatdırsa, lüks deyil”.

“Chanel” paltarları

Koko Şanel kişi geyimlərindən ilham almış, əslində kişilərin geyindiyi parçaları qadınlara uyğunlaşdıraraq dövrün moda qaydalarına meydan oxuyub. Markanın təklif etdiyi digər əfsanəvi dizayn Şanelin mini qara paltarları idi. O dövrdə qara yalnız hüzn və yas rəngi kimi görünürdü, qara paltar isə gündəlik həyata daxil edilmirdi. Şanel bu rəngin əslində axşam çölə çıxmaq üçün çox uyğun olduğunu düşündü və moda sənayesinə qara paltarların axşam yeməkləri üçün necə dəbli seçim ola biləcəyini göstərdi.

Koko Şanelin ölümündən sonra brend

1930-cu ildə qlobal iqtisadi böhran “Chanel” şirkətinə pis təsir etdi, lakin əsl problem İkinci Dünya Müharibəsinin başlaması ilə ortaya çıxdı. Problemlər nəticəsində işçilərini ixtisar etməli və sonda mağazalarını bağlamalı oldu. 70 yaşına çatanda moda dünyasına güclü bir dönüş etdi. 1971-ci il yanvarın 10-da Parisdəki Ritz otelindəki mənzilində vəfat etdi. Fanatlar “Chanel” kostyumlarını geyinərək yas tutdular.

Ölümündən təxminən 10 il sonra, Karl Lagerfeld Koko Şanel irsini davam etdirmək üçün “Chanel” brendinin dizayneri vəzifəsinə keçdi. Bu gün də eyni adla tanınan şirkətin hüquqları Wertheimer ailəsinə məxsusdur və şirkət sürətlə böyüməyə davam edir. “Chanel” hər il yüz milyonlarla dollar satan bir marka olmağa davam edir.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin