35 illik film yenidən ekranlara çıxdı, milyonlarla dollar gəlir gətirdi
Keçən həftəsonu ABŞ kinoteatrlarında “Die Hard” filmi yenidən nümayiş olunub.
Valyuta.az xəbər verir ki, Con Makkleyn obrazını canlandıran Brüs Uillisin baş rolda çəkildiyi film bu həftəsonu bir milyon dollara yaxın gəlir əldə edib. “Die Hard” filmi 923.000 dollar, filmin dünya üzrə gəliri isə ilk nümayişindən 35 il sonra 142.526.000 dollara çatıb. 1988-ci ildə nümayiş olunan və 28 milyon dollarlıq büdcəyə sahib film, təxminən 140 milyon dollar kassa gəliri əldə edib.
"Die Hard" nəinki ilin ən çox gəlir gətirən döyüş filmi olub, həm də dörd kateqoriya üzrə Oskar nominasiyasını qazanıb. Filmin he hekayəsi Milad bayramı ərəfəsində, baş qəhrəmanın Los-Ancelesdəki hündürmərtəbəli binada keçmiş həyat yoldaşı Holli Cenneronu ziyarət etməsi ilə başlayır. Rikmanın canlandırdığı Hans Qruberin başçılıq etdiyi bir qrup terrorçu binaya nəzarəti ələ keçirməyi və milyonlarla dollarlıq istiqrazları oğurlamağı planlaşdırdıqda bayram ab-havası tamamilə fərqli bir istiqamət alır. Makkleyn Recinald Velconson tərəfindən canlandırılan polisin dəstəyi ilə terrorçuları aradan qaldırmaq, girovları xilas etmək və Milad bayramına qədər həyat yoldaşı ilə qovuşmaq üçün missiyaya gedir.
Ekşn janrında çəkilən filmlərin ulduzu Uillisə hazırda afaziya diaqnozu qoyulub. Aktyorun ailəsi martın 30-da Uillisin səhhətindəki problemlərə görə aktyorluğu tərk etdiyini açıqlayıb. Beynin bəzi hissələrində disfunksiyaya səbəb olan afaziya nitq, nitqi anlama, oxuma-yazma kimi bacarıqları aşındırır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay