BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
37664

1. Henri Fordun ən böyük arzusu "motorlu fayton" qurmaq və bazara çıxarmaq idi.

1885-ci ildə gənc mühəndis Henri Ford "Edison" şirkətində işləyərkən “motorlu vaqon” istehsal etmək arzusunda idi. 11 ildən sonra o, "Quadricycle" adlandırdığı bu avtomobili işə salmağı bacardı. Böyük bir sərmayə alan Ford, istehsal mərhələsində prototipi istehsal edərkən olduğu qədər vasvası hərəkət edə bilmədi və səhv etdi. Bir ildən az müddətdə şirkət zərər etdi və investorların təzyiqi ilə bağlandı.

Lakin Ford buna tab gətirmədi. Əvvəlki şirkətinə sərmayə qoyan insanların bəzilərini yenidən inandırmağı bacaran Ford, səhvlərindən nəticə çıxarıb və müvəffəqiyyət qazanacağına əmin olduğu bir şirkət qurmaq istəyirdi. Şirkəti "Henry Ford Company" adlandırdı. Bu şirkət də bir il yarımdan sonra idarəetmə böhranları səbəbindən dağıldı. Fordun üçüncü dəfə eyni arzusunu reallaşdırmaq üçün yola çıxması uğur gətirdi. İş adamı Alexander Malcomsonun etimadını qazanan Ford, sərmayə ilə 'Ford' adlı avtomobil şirkətini qurdu.

2. Bill Qeyts məktəb yoldaşı Paul Allen ilə birlikdə "Traf-O-Data" adlı bir şirkət qurdu.

Qeyts və Allen çox çətinliklə hesablanma və nəzarət sistemləri üçün proqram təminatı istehsal edən bu şirkəti qurdular. Dost çevrələri ilə birlikdə şirkətin loqosunu hazırlayıb, satacaqları maşınlar üzərində tək-tək işləyib, xeyli sərmayə qoydular. “Traf-O-Data” gözlənilənləri çatdıra bilmədi, lakin daha böyük bir şirkət üçün yol açdı.

Qeyts və Allen “Traf-O-Data”nı Seattledan bir investora təqdim etmək istədikdə maşın işləmədi. Onların bir neçə böyük və kiçik problemləri var idi, gözlədiklərindən çox az pul qazandılar, lakin burada tapdıqları harmoniya və həm iş həyatı, həm də proqram təminatı haqqında öyrəndikləri sayəsində “Microsoft”u qurdular. Bu gün hər ikisi “Traf-O-Data” qurmasaydılar, “Microsoft”un mövcud olmayacağını və o günlərdə öyrəndikləri sayəsində dünyanın ən böyük şirkətlərindən birini qurduqlarını deyirlər.

3. Kevin Systrom “Google”da mühəndis kimi işləyərkən parlaq bir fikir əldə etdi.

Systrom, "Burbn" adlı tətbiqi ilə "check-in" tətbiqlərini geridə qoymağı planlaşdırırdı. Systrom tərəfindən qurulan tətbiqdə, çəkilən fotoşəkilləri daha gözəl edən filtrlərdən istifadə edilə, dostlarla getdiyi yerlərdən xallar toplana, gedəcək yerlər planlana bildi. Bununla belə, həddən artıq fərqli xüsusiyyətlərə və çaşdırıcı interfeysə malik olması tətbiqin gözlənilənləri çatdıra bilməməsinə səbəb olub.

Systrom, “Burbn” tətbiqinin bir xüsusiyyətinə diqqət yetirmək qərarına gəldi. Tətbiqin ən çox istifadə edilən xüsusiyyəti olan foto paylaşmağa diqqət yetirən Systrom, 2010-cu ildə dostu Mark Krieger ilə birlikdə “Instagram”ı qurdu və sonradan dünyanın ən böyük sosial şəbəkə tətbiqlərindən biri oldu.

4.1988-ci ildə Çində universiteti bitirən Cek Ma iş tapmaqda çətinlik çəkib.

Ma iş tapmaq üçün 30 fərqli şirkətə müraciət etdi və hər biri tərəfindən rədd edildi. O “KFC”nin yerli filialına müraciəti də, onun təbirincə, “qeyri-kafi” olduğu üçün rədd edilib. Müraciət edən 24 nəfərdən 23-ü işə qəbul edilib. Qəbul edilməyən yeganə şəxs o olub. Bu dövrdə Ma internetin üstünlükləri ilə tanış oldu və ilk şirkəti olan "Hangzhou Haibo"nu qurdu. Digər tərəfdən Çini digər ölkələrə (xüsusən də ABŞ-a) tanıtmaq məqsədi ilə ölkəsini təsvir edən internet saytının hazırlanmasına başladı. 1995-ci ildə "Chinapages.com" saytını qurur və çinli iş adamlarından investisiya almağı bacardı.

Ma Çin şirkətlərinin ABŞ bazarına genişlənməsinə kömək edə biləcək vebsaytlar yaratmağa başladı.

Ömründə bircə sətir kod yazmayan və ilk kompüterini 33 yaşında alan Ma, təkbaşına 1999-cu ildə “Alibaba”nı qurdu.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin