“Alibaba”nın həmtəsisçisi Cek Ma $1.4 mln. kapitalla yeni biznes açır
“Alibaba”nın həmtəsisçisi Cek Ma Hançjouda qablaşdırılmış qida məhsulları satan “Hangzhou Ma’s Kitchen Food” adlı yeni şirkət açıb. Şirkətin nizamnamə kapitalı 1.4 milyon dollardır.
Valyuta.az xəbər verir ki, yeni şirkət tamamilə Manın investisiya şirkətinə məxsusdur. Ümumilikdə şirkət qablaşdırılmış ərzaq məhsullarının satışı, eləcə də kənd təsərrüfatı məhsullarının emalı və pərakəndə satışı ilə məşğuldur.
“Manın kənd təsərrüfatına marağı, Çinin maliyyə tənzimləmə sistemini tənqid edən çıxışı ilə Pekini qəzəbləndirdikdən sonra hökumətin 2020-ci ildə biznesini hədəf almağa başlamasından sonra ortaya çıxıb”, – mesajda deyilir.
2022-ci ilin noyabrında “Financial Times” yazıb ki, Ma Çini tərk edib və Pekinin “İT sektoruna qarşı davam edən repressiyaları” fonunda Yaponiyada yaşayır. 2023-cü ilin martında “Bloomberg” bildirib ki, səlahiyyətlilər onu hökumətə biznes üçün əlverişli imic yaratmaqda kömək etmək üçün qayıtmağa razı salmağa çalışırlar. Sahibkar xaricdə qalmağa qərar verib və kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq üçün şirkətlərindən ayrıldığını bildirib.
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay