Hələ də ilk aldığı evdə yaşayan, ictimai nəqliyyatdan istifadə edən milyarder
Dünyanın ən zəngin və ən uğurlu insanlarından biri olan Warren Baffet, erkən yaşlarından bu günə qədər 93 illik uğur hekayəsini sizə təqdim edirik. İnvestisiya, birja, qüsursuz biznes idarəçiliyi və liderliyə gəldikdə o, günümüzün ən uğurlu adlarından biri kimi qarşıya çıxır.
Gənclik illəri
Warren Baffet 30 avqust 1930-cu ildə Nebraskada anadan olub. Cəmi 5 yaşında ticarətlə məşğul olmağa başladı. Onun biznesə başlama hekayəsi babası ilə olub.
O, babasının dükanından aldığı 6 ədəd "Coca Cola" paketlərini 5 sentlik qazancla satmağa başlayıb. Halbuki o, qəzet yaymaqla, saqqız və jurnalları qapı-qapı satmaqla öz kapitalını yaratmışdı. Gənc yaşda biznesə olan meyli və marağı ilə o, artıq 11 yaşında ilk səhmlərini almışdı.
11 yaşı olanda, özü və böyük bacısı üçün aldığı səhmlər sayəsində kollec yaşına çatanda 9800 dollar əmanət toplamışdı. O, universitetdə aldığı investisiya və maliyyə təhsilini “GEICO Sığorta” adlı bir şirkətdə pulsuz olsa da işləyərək gücləndirmək istəyirdi, lakin işə qəbul olunmayıb. Bundan sonra o, doğma şəhəri Omaha, Nebreskaya qayıdıb təhsilini davam etdirdi və sərmayə qoymaqdan əl çəkmədi.
Karyera yolu
1954-cü ildə Ben Grahamdan iş təklifi aldı. Bu iş təklifini dərhal qiymətləndirən Baffet, Graham ilə “Newman Corp”da analitik olaraq 2 il çalışdı və bugünkü pulla ildə 105 min dollar qazandı. Ben Graham ilə ortaqlığı 2 ildən sonra sona çatdıqda, o, “Buffett Partnership Ltd” şirkətinə qayıdıb öz şirkətini qurdu.
1950-ci illərin sonunda Worren Baffet qazandığı pulu iki qat artırdı və 32 yaşında milyonçu oldu. O, qurduğu 7 fərqli ortaqlıq və etdiyi sərmayələrlə qısa müddətdə əhəmiyyətli bir yığım əldə etmişdi.
Yeddidən çox ortaqlığın qurulması və onun gətirdiyi şirkət rəhbərliyi nəticəsində 1962-ci ildə Baffet bütün tərəfdaşlıqlarını bir dam altında birləşdirməyə qərar verdi və “Berkshire Hathaway” adlı tekstil şirkətinə sərmayə qoydu. Nəticədə şirkət üzərində tam nəzarəti ələ keçirdi. 1964-cü ildə səhm qiyməti cəmi 80 dollar olduğu halda, bu gün şirkət ən yüksək səhm qiymətinə sahibdir. 20 avqust 2021-ci il tarixinə şirkətin 1 səhminin qiyməti 430.400 ABŞ dollar idi.
Qurulduğu zaman tekstil şirkəti olan “Berkshire Hathaway”, 1960-cı illərdən sonra tekstil şirkətindən sığorta şirkətinə çevrildi və beləliklə, Baffet sığortaya addım atdı. İllərlə elit məktəb və kurslarda bu sahədə təhsil alan Baffetin bu sektora keçməsi yəqin ki, təəccüblü deyil.
1982-ci ildə Baffetin sərvəti 376 milyon dollar idi. 1983-cü ildə 620 milyon dollara yüksəldi.
1986-cı ildə, 56 yaşında Baffet “Berkshire Hathaway”dən 50 min dollarlıq maaşına baxmayaraq milyarder oldu.
1998-ci ildə həyatının demək olar ki, ən yaxşı sərmayəsini etdi və "Coca Cola"nın 7% payını aldı.
Təqvim 2008-ci ili göstərdikdə, Baffet 62 milyard dollarlıq sərvəti ilə “Forbes” tərəfindən dünyanın ən varlı adamı seçilərək, 13 ildir birinci yeri itirməyən Bill Qeytsi ikinci yerə saldı. Gələn il Bill Qeyts bir nömrəli yeri bərpa etdi və Baffet ikinci yerə düşdü.
Baffetin təvəzökarlığı
Baffet hələ də ilk aldığı evdə yaşayır və tez-tez ictimai nəqliyyatdan istifadə edir. Bu sadəlik və təvazökar həyat onun ticarət nişanına çevrilib. Amma bu, Baffetin xəsis olması demək deyil.
2016-cı ildə o, 2,86 milyard dollar dəyərində “Berkshire Hathaway“ səhmlərini Bill və Melinde Qeyts Fondu da daxil olmaqla bir çox xeyriyyə təşkilatlarına bağışladı. Bu ianə sayəsində həyatı boyu etdiyi ianələr 28,5 milyard dollara çatıb. Bundan əlavə, o, dostu milyarder Bill Qeytslə birlikdə sərvətlərinin ən azı yarısını ianə verməyə razılaşaraq, Xeyriyyəçilik Əhdini açıqladı və imzaladı.
Warren Baffet bu gün
Bu gün sərvəti 80 milyard dollardan çox olan dünyanın ən zəngin insanlarından biri olan Warren Baffet uğurlu iş adamı olmaqla yanaşı, səxavəti, xeyriyyəçiliyi və təvazökar həyat tərzi ilə də gündəmdədir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay