Kifayət qədər pulumuz yoxdur, yoxsa belə düşünürük?
Ekspert deyir ki, "pul dismorfiyası" sərvət yaratmağınıza mane ola bilər.
Psixi sağlamlıq dünyasında "dismorfiya" insanın bədənində qəbul edilən qüsurlara obsesiv diqqəti təsvir edir. Bədən dismorfik pozğunluğu olan insanlar özlərini daima başqalarının görünüşü ilə əlverişsiz şəkildə müqayisə edə bilərlər.
Əmlak hüquqşünası və Ailə Sərvətinin Planlaşdırılması İnstitutunun təsisçisi Əli Katz maliyyə psixologiyası dünyasında analoji bir fenomen görür - kiminsə pulu ilə bağlı özünü qavrayışının risə “Pul dismorfiyası” olduğunu bildirir.
Katz deyir: “Pulla bağlı təhrif edilmiş bir fikir yanlış qərarlar qəbul etməyimizə səbəb olur”.
Katzın müştəriləri arasında gördüyü ümumi təcrübəyə əsasən bildirir: “Bu onların vacib planlar qurmaq üçün kifayət qədər varlı olmadıqlarına inanmasıdır. Ancaq bu, bir az səhv və potensial zərərli düşüncədir. Əmlak alınması üçün plan qurmaq, yaxud sərmayə yatırmaqla bağlı o nəticəyə gətirib çıxarır ki, heç nə etmirlər. “Əmlak almaq planı quracaq qədər zəngin deyilik” deyirlər. Bu, tamamilə doğru deyil”.
Başqa sözlə, milyarder olmasanız, hətta sosial mediada gördüyünüz insanların həyat tərzinə sahib olmasanız da, çox güman ki, sizin nağd pul, investisiya hesabları və ya qiymətli əşyalar şəklində müəyyən maliyyəniz var.
İnvestisiya etmək üçün varlı olmaq da lazım deyil
Maliyyə mütəxəssisləri deyirlər ki, investisiyanın varlılar üçün nəzərdə tutulduğunu düşünən gənclər arasında bir oxşarlıq da var. Bu anlayış "zəhərli" pul təfəkkürüdür. “Netflix” şousunun "Necə Zəngin Olmalı" adlı ulduzu Ramit Sethi deyib: "Varlanmağın yolu sərmayə qoymaqdır”.
Sethi deyir ki, hər ay maaşdan investisiya hesabına avtomatik köçürmə edilməsi daha məqsədəuyğundur: “Maaş alanda o məbləğ artıq gözdən uzaq olsun, ağlınızdan çıxsın və gələcəyiniz üçün işləsin. Ayda cəmi 20 dolları sərmayə qoymaqla da başlaya bilərsən".
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay