Məşhur belçikalı bir milyonluq təklifdən niyə imtina edib?
Ötən ay karyerasını bitirdiyini elan edən Eden Azar 16 illik futbolçu karyerasına son qoydu.
Valyuta.az xəbər verir ki, o, bu qərarı "Real"da keçirdiyi dörd keşməkeşli, zədə ilə zəngin ilindən sonra verib. Azar tez-tez fiziki problemlərlə üzləşdiyinə görə ispan klubunda keçirdiyi dörd mövsümdə cəmi 76 oyunda meydana çıxıb. Belçikalı ulduzun "Çelsi"dəki keçmiş komanda yoldaşı Con Obi Mikel, zədə problemlərinə baxmayaraq Azarın Səudiyyə Ərəbistanından çoxlu astronomik təkliflər aldığını açıqlayıb.
“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Rio Ferdinandın aparıcılıq etdiyi “Wibe with Five” proqramında Azarla söhbətini bölüşüb: "Azar mənə dedi: "Həftədə bir milyon avro qazanacağım Səudiyyə Ərəbistanına getməliyəm? Bəs bundan sonra nə olacaq? Səudiyyə Ərəbistanına getmək üçün təxminən iki və ya üç təklif almışam. Mikel, mənim çoxlu pulum var. Sən bilirsən ki, necə yaşayıram. Mən çox pul xərcləmirəm. Ona görə də indi ailəmlə yaşamağa və uşağımı böyütməyə kifayət qədər pulum var"- sözlərini söyləyib.
Kərim Benzema Neymar və Kriştiano Ronaldo kimi dünyanın ən yaxşı oyunçularından bir çoxunun Səudiyyə Ərəbistanına getməsinə baxmayaraq, Azar sözügedən ölkədən gələn təklifləri rədd edib. O, "Çelsi"də iki dəfə Premyer Liqa, İngiltərə Kuboku, Liqa Kuboku və iki Avropa Liqası titulunu qazanıb. "Çelsi"yə keçməzdən əvvəl Azar 2011-ci ildə "Lill"in Liqa 1 çempionluğunu və Fransa Kubokunu qazanmasına böyük töhfə verib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay