Xoş xəbəri sirr kimi saxlayın, çünki...
ABŞ alimləri maraqlı araşdırma aparıb.
Valyuta.az xəbər verir ki, araşdırmaya görə, sirr saxlamaq insanın özünü daha yaxşı hiss etməsinə səbəb ola bilər.
İnsanlar adətən xoş xəbərləri dərhal sevdikləri ilə bölüşmək istəyirlər. Ancaq “Şəxsiyyət və Sosial Psixologiya” elmi jurnalında dərc edilən araşdırmaya görə, xoş xəbəri sirr kimi saxlamaq insanın özünü daha enerjili və canlı hiss etməsinə səbəb olur.
Araşdırmanın əsas müəllifi professor Mixail Slepian həmkarları ilə birlikdə 2500-dən çox iştirakçı üzərində təcrübələr aparıblar. Bir təcrübədə iştirakçılara 40 ümumi xoş xəbər növünün siyahısı verilib. Daha sonra iştirakçılardan siyahıdakı xoş xəbərlərdən hansını daha əvvəl aldıqları və neçəsini gizli saxladıqları soruşulub. Bəzi iştirakçılardan gizli saxladıqları xoş xəbər haqqında düşünmələri də istənilib. Digərləri isə saxlaya bilmədikləri sirlər haqqında düşünməyə sövq edildi. Araşdırmaya görə, iştirakçılar siyahıdan orta hesabla 14-15 şad xəbər aldıqlarını və onlardan 5-6-nı gizli saxladıqlarını bildiriblər. Saxladıqları müsbət sirlər haqqında düşünən iştirakçılar özlərini daha enerjili və həyəcanlı hiss etdiklərini bildiriblər
İnsanların bəzən xoş xəbəri daha həyəcanlı şəkildə eşitmək üçün səy göstərdiklərini söyləyən Slepian, bu sirrin üzə çıxdığı ana qədər yaşanan hisslərin onları daha da xoşbəxt etdiyini deyib. Digər tərəfdən, araşdırmanın yalnız ABŞ-da aparıldığını vurğulayan Slepian, mədəni fərqliliklərin ola biləcəyinə də işarə edib. Slepian, tapıntıların nə qədər ümumiləşdirilə biləcəyini görmək üçün tədqiqatlarının daha geniş bir coğrafiyaya genişləndirilməsini istədiklərini bildirdi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay