"Bavariya"nın futbolçusunun otel xərcləri açıqlandı
"Bavariya"nın ulduzu Harri Keynin Almaniyada qaldığı müddətdə otel üçün böyük pullar ödəyir.
Valyuta.az-ın məlumatına görə, xeyli vaxtdır Münhen klubunda olmasına baxmayaraq ailəsi hələ də Almaniyada onunla yaşamır. "The Sun"un yaydığı məlumata görə, Keyn lüks otellərdən olan "Vier Jahreszeiten Kempinski"də qalır. Hansı ki, sözügedən otelin bir gecəsi 10 min funt-sterlinqə başa gəlir. Bu da o anlama gəlir ki, futbolçu Almaniyaya köçdükdən sonra otelə təxminən bir milyon avro ödəyib. O, həmçinin oteldə səkkiz yataq otağı, açıq və qapalı hovuzlar, spa, ev kinoteatrı da daxil olmaqla bir çox şəraitdən faydalanır.
Keynin "Bavariya"da həftədə 415 000 funt sterlinq qazandığı bildirilir.
İngiltərə millisinin kapitanı Bundesliqada meydana çıxdığı 14 oyunda 17 qol vurub.
Səbuhi Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay