Milyardlarla dollar xəzinə daşıyan gəmi batdığı yerdən çıxarılır
Kolumbiya hökuməti 300 il əvvəl batmış, qızıl və müxtəlif daş-qaşlarla dolu İspaniya hərbi gəmisinin qalıqlarını gün üzünə çıxarır.
Valyuta.az xəbər verir ki, Kolumbiyanın mədəniyyət naziri Xuan David Korrea açıqlamasın prezident Qustavo Petronun batmış ispan gəmisi “San Xosenin” tezliklə çıxarılması üçün əmr imzaladığını deyib. Xəzinəni tapmağın Petro administrasiyasının prioritetlərindən biri olduğunu bildirən Korrea, prezidentin 2026-cı ildə səlahiyyət müddəti bitmədən nəqliyyat vasitəsinin qalıqlarının suyun dibindən çıxarmaq istədiyini deyib.
“San Xose” 1701-1711-ci illər arasında İspan Vərəsəliyi Müharibəsi zamanı 600 nəfərlik heyəti ilə İngilislər tərəfindən Karib dənizində batırılmışdı. Tarixçi Karla Ran Filipsə görə, 62 silahlı, üç dirəkli İspan gəmisi batırılanda onun içində altıillik xəzinə olub. Batmış qənimətə milyonlarla peso dəyərində gümüş, qızıl sikkələr və Kolumbiya zümrüdləri ilə doldurulmuş sandıqlar daxildir. Həmçinin xəzinədə Perudakı mədənlərdən çıxan gümüş və qızıl da var.
Ancaq Kolumbiya verilən koordinatların "boş" olduğunu açıqlayıb. “San Xose”nin batdığı yer dəqiq bilinmədiyi üçün bu illərlə əfsanə olaraq qalıb. “Glocca Morra” adlı ABŞ şirkəti 1981-ci ildə “San Xose”ni tapdığını açıqlamışdı. Şirkət xəzinənin yarısına sahib olmaqla bağlı müqavilə bağlamaq şərtilə koordinatlarını çatdırmışdı. 2015-ci ildə isə o zamankı prezident Xuan Manuel Santos Kolumbiya Hərbi Dəniz Qüvvələrinin batan gəmini başqa yerdə tapdığını bildirib. Bu koordinatlar dövlət sirri olduğu üçün paylaşılmayıb. “Glocca Morra”nın varisi “Sea Search Armada” isə 2015-ci ildə kəşfinin elanının 1981-ci ildə təqdim etdikləri koordinatlara əsaslandığını iddia etmişdi. Bu səbəbdən şirkət ABŞ-Kolumbiya Ticarətin İnkişafı Müqaviləsi çərçivəsində 10 milyard dollar tələb edərək iddiasını Londondakı vasitəçi məhkəməsinə verdi.
Xəzinənin xalis dəyəri barədə heç kim dəqiq məlumat vermir. Ancaq illərdir davam edən məhkəmə çəkişmələri səbəbindən xəzinənin dörd və 20 milyard dollar arasında dəyəri olduğu təxmin edilir. Korrea məhkəmənin qərarlarına əməl edəcəklərini, lakin işin heç bir əsası olmadığını bildirib. Hökumət şirkət tərəfindən verilən koordinatlara baxdıqlarını, lakin heç bir gəmi qəzası görmədiklərini söylədi.
Kolumbiya Hərbi Dəniz Qüvvələri tərəfindən qeydə alınan batmış gəminin görüntülərinə baxa bilərsiniz:
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay